İran rəsmisindən etiraf: “Məqsədimiz əvvəldən atom silahı hazırlamaq idi, lakin…” - VİDEO

İran rəsmisindən etiraf: “Məqsədimiz əvvəldən atom silahı hazırlamaq idi, lakin…” - VİDEO

25 Aprel 13:41
187
Bəyəndim (0) Bəyənmədim (0)

İran parlamentinin sabiq üzvü Əli Mütəhhəri İran rəsmilərinin, habelə Beynəlxalq Atom Enerjisi Agentliyinin təkzib etdiyi bir sıra məlumatları ifşa edib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, o qeyd edib ki, nüvə fəaliyyətinə başladıqları ilk gündən məqsəd atom silahı hazırlamaq olub, amma bunu gizli saxlaya bilməyiblər və məxfi məlumatlar bir qrup tərəfindən ifşa olunub.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, İranın Məsləhət Şurasının üzvü bildirib:

“Nüvədən sülh məqsədi ilə istifadə etmək istəyən ölkə heç vaxt uranı zənginləşdirməkdən başlamır, əksinə, öncə atom reaktoru yaradır, sonra isə zənginləşdirmə prosesinə keçir. Amma birbaşa nüvə zənginləşdirməsinə əl atmaq bizim atom bombası əldə etmək istədiyimiz gümanını yaradır.

Əgər biz də Pakistan kimi gizli nüvə bombası hazırlaya və sınaqdan keçirə bilsək, bu, çox çəkindirici olardı. Başqa ölkələr öz nüvə gücünə arxalanır, buna görə, məncə, bir işi başladığımız zaman axıra qədər getməli idik”, - deyə o bildirib.