Rusiya bu ərazini “Toçka-U” raketləri ilə vurdu - Çox sayda ölən var

Rusiya bu ərazini “Toçka-U” raketləri ilə vurdu - Çox sayda ölən var

25 Aprel 2022 13:25
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya ordusu Ukraynanın qərbində və mərkəzində yerləşən beş qatar stansiyasına hücum edib, itkilər var

Oxuməni.az xatırladır ki, Rusiya aprelin əvvəlində Donbasdakı Kramatorsk qatar stansiyasına raket zərbələri endirməklə Ukraynadakı qatar stansiyalarını növbəti dəfə hədəfə alıb.

Rusiyanın işğalın ikinci mərhələsində hücum edəcəyini açıqladığı Donetsk bölgəsində yerləşən Kramatorskda minlərlə insan qatar stansiyasında təxliyə olunmağı gözləyirdi. Günorta saatlarında stansiyaya düşən iki raket azı 50 nəfərin həyatına son qoyub.

Donetsk qubernatoru Pavlo Kirilenko hücumda həyatını itirənlərdən 10 nəfərin uşaq olduğunu bildirib. Yüzlərlə yaralı şəhərdəki xəstəxanalara çatdırılıb.

Ukrayna rəsmiləri rus işğalçılarının hücumda “Toçka-U” raketləri ilə kaset bombası atdığını açıqlayıb.

Bu gün ruslar Ukraynanın qərbində və mərkəzi hissəsində vağzallara hücum ediblər. İlk məlumat ondan ibarətdir ki, beş qatar stansiyası artilleriya atəşi altındadır.

Ölənlər barədə məlumatlar var. Ukrayna mediası yazıb ki, hücumlar səbəbindən ən azı 16 qatar səfəri gecikib.