Fransada keçirilən prezident seçkilərində  Azərbaycan düşməni Makron yenidən qalib gəldi

Fransada keçirilən prezident seçkilərində Azərbaycan düşməni Makron yenidən qalib gəldi

25 Aprel 2022 10:59
Bəyəndim (0) Bəyənmədim (0)

Fransada prezident seçkilərinin yekun nəticələri məlum olub.

Belə ki, prezident seçkilərinin ikinci turunda bülletenlərin 100 %-i hesablandıqdan sonra hazırkı Prezident Emmanuel Makron 58,55 faiz səs topladığı müəyyənləşib.

Onun rəqibi Marin Le Pen seçicilərin 41,45 faizinin dəstəyini qazanıb.

***

Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Emmanuel Makron 2022-2027-ci illərdə də Fransanın prezidenti olacaq.

İlkin nəticələrə görə, o səslərin 57,60%-ini qazanıb.

Makronun tərəfdarları Eyfel qülləsinin ətəyində Champ de Marsda qələbəni qeyd etməyə başlayıblar.