Rusiyanın Bryansk  şəhərində güclü partlayışlardan sonra başlayan  yanğın davam edir...-VİDEO

Rusiyanın Bryansk şəhərində güclü partlayışlardan sonra başlayan yanğın davam edir...-VİDEO

25 Aprel 2022 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Bryansk şəhərində 24 aprel bazar günündən aprelin 25-i bazar ertəsinə keçən gecə partlayışlar baş verib. Bundan sonra yerli neft bazasında, eləcə də hərbi hissənin ərazisində yanğınlar başlayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukraynanın "Operativnıy VSU”("Operativ USQ(Ukrayna Silahlı Qüvvələri)-S.L.) teleqram-kanalı məlumat yayıb. Yanacaq dolu çənlərin yandığı bildirilir. Ölən və yaralananlar barədə məlumat verilmir. Sakinlərin sözlərinə görə, yanğın başlamazdan əvvəl güclü partlayış səsi eşidilib və yanğının şölələri hazırda şəhərin müxtəlif yerlərindən görünür.

Bir müddət sonra Bryansk vilayəti hökumətinin mətbuat xidməti neft bazasında baş verən yanğını təsdiqləsə də, onun səbəbini açıqlamayıb. Yanacaq rezervuarlarının yandığını bildiriblər. Ancaq partlayışlardan söz açılmayıb.Polis Bryanskda yanan neft anbarı yaxınlığındakı evlərin sakinlərini təxliyə etməyə başlayıb. Qeyd olunur ki, insanlara baş verənlərin səbəbi deyilmir.

“Hazırda şəhərin hər yerindən xilasetmə xidmətləri hadisə yerinə gəlir” -Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko belə yazıb.

Az öncə Rusiyanın Komersant.ru nəşri də olay haqda məlumat yayıb. Məlumatda deyilir:

"Bryanskda neft bazasında yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb. Yanğının səbəbləri haqda məlumat verilmir.

Bryansk vilayəti Ukrayna ilə həmsərhəddir.

“Yanğının artan həddinə uyğun olaraq çağırış yerinə yanğınsöndürmə və xilasetmə briqadaları göndərilib. Müəyyən edilib ki, neft bazasının ərazisində yanğın olub”, - Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin saytında yerləşdirilən məlumatda belə deyilir. İdarə daha sonra məlumatı silib".

"Bryansk vilayətində aprelin 25-dək yüksək səviyyədə terror təhlükəsi elan edilib. Aprelin 14-də qubernator Aleksandr Boqomaz bildirib ki, Ukrayna tərəfindən atəş açılması nəticəsində 8 nəfər xəsarət alıb və 100-ə yaxın ev zərər görüb" -Rusiya nəşri əlavə edib.

Sultan Laçın