
"Putin daha heç kimə inanmır və Stalin kimi davranır"
"Kiyevin ələ keçirilməməsi Putin üçün böyük nüfuz itkisidir"
Putin gerçəkdən Ali Baş Komandan olmağa qərar verib. Bu, Ukraynaya nə vəd edir?
Rusiya diktatoru Vladimir Putin Ali Baş Komandan olmağa və Rusiyanın Ukraynaya qarşı müharibəsində əmrlər verməyə qərar verib.
Oxuməni.az xəbər verir ki, bu barədə "Bellingcat" saytının araşdırmaçı jurnalisti Xristo Qrozev "Polular Politics" proqramına verdiyi müsahibəsində bəyan edib.
"Putin görür ki, ona verilən bütün vədlər və zəmanətlər icra edilməyib, - Qrozev izah edib. - Ukraynadakı daxili siyasi kolon sadəcə yoxa çıxıb, orada itbat olub. Onlar Melitopolda on nəfərlik nümayişçidən ibarətdir, vəssalam. Putin üçün aydındır ki, FTX- nın 5- ci idarəsi onu tamamilə aldadıb. Kiyevin ələ keçirilməməsi onun üçün böyük nüfuz itkisidir".
"Etibarlı mənbələr iddia edir ki, Putin heç kimə inanmır, qoşunlara özü rəhbərlik etməyə və təlimatlar verməyə cəhd edir, - Qrozev davam edib. - O, indi gerçəkdən özü bu işlərdə iştirak edib Ali Baş Komandan olmaq istəyir. Bu, maraqlı olacaq. Bu, müharibənin yeni mərhələsidir: Putin qoşunlara rəhbərlik edəcək".
Qrozevin fikrinə görə, bir neçə gün və ya həftə ərzində Putin hansısa gerçək səhvləri korrektə edə biləcək: məsələn, o, "Azovpolad"a hərbçilərin hücumunu dayandırıb. Lakin Putin Ukraynaya qarşı iflasa uğrayan müharibənin yerinə yeni strategiya qura bilməyəcək.
Bir həftədən sonra baxarıq...O, özü şəxsən bu müharibədə nə qədər çox iştirak edəcəksə, müharibə strategiyası üçün bir o qədər pis olacaq", - jurnalist buna əminliyini ifadə edib.
Xatırladaq ki, 1941- ci il avqustun 8- dən Stalin də müharibənin ilk uğursuzluğundan sonra qoşunlara şəxsən özü rəhbərlik etməyə başlayıb.