Rusiya Bakını təhdid edir - Paşinyan Moskvanın sifarişini yerinə yetirəcək?

Rusiya Bakını təhdid edir - Paşinyan Moskvanın sifarişini yerinə yetirəcək?

22 Aprel 2022 15:25
Bəyəndim (0) Bəyənmədim (0)

"Nikol Paşinyana üçtərəfli sazişin icrasına davam etmək və yekun sülh müqaviləsini idarə etmək üçün təzyiq altında olduğunu nəzərə alsaq, Putinin erməni baş nazirlə görüşündə "Qarabağın təhlükəsizliyi" ilə bağlı açıqlaması təsadüfi deyil".

Oxuməni.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

Amerikalı ekspert bildirib ki, Rusiyanın bu müdaxiləsi Qafqazda nəzarəti bərpa etmək niyyətindədir:

"Ermənistan Zəngəzur dəhlizinin açılması məsələsində dalana dirənir. İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bu yaxınlarda keçirilən görüş zamanı İrəvana öhdəliklərin bir hissəsini yerinə yetirmək barədə xəbərdarlıq edib. Çünki Ermənistan son vaxtlar atəşkəs rejiminin pozulması ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilər üzərində suverenliyinə xələl gətirən təbliğatda Rusiyanın sifarişini icra edir.

Bu, Rusiyanın bölgədə nəzarəti əldə saxlamaq üçün, regionun nəzarətdən çıxmaması məqsədilə iki ölkə arasında gərginliyin davam etdirilməsi, aranın qızışdırılması naminə müdaxiləsindən xəbər verir.

Rusiyanın enerji asılılığından çıxmaq üzrə Avropanın son öhdəlikləri fonunda Qərbin enerji asılılığını dərk etməsi Azərbaycanın enerji istehsalçısı kimi mövqeyini təhdid edir. Bu səbəbdən Qarabağdan silah kimi istifadə edən Kreml Bakı istiqamətində üstüörtülü təhdidlər etməklə məşğuldur.

Rusiyanın bu müdaxiləsi Qafqazda nəzarəti bərpa etmək və ola bilsin ki, Ermənistanın Türkiyə ilə barışığına mane olmağa çalışır ki, bu da Azərbaycanı iki tərəf arasında vasitəçi kimi gücləndirəcək. Rusiyanın Qafqazdakı iqtisadi maraqları indi onun hərbi çətinlikləri və Türkiyənin yüksəlişi fonunda kölgədə qalır. Buna görə də o, Rusiya təbliğat müharibəsini yenidən alovlandırmaq və regionun postsovet dövlətlərinə müdaxiləsinə qarşı Qərbin yenidən nizamlanmasına qoşulmasının qarşısını almaq üçün Ermənistanla Azrərbaycan arasında sülh sazişini dayandırmağa çalışır".