"Rusiya faşizmin məğlub olduğu müharibəni təkrarlayır, amma bunu anlamır..." - Kasparov

"Rusiya faşizmin məğlub olduğu müharibəni təkrarlayır, amma bunu anlamır..." - Kasparov

22 Aprel 2022 11:46
Bəyəndim (0) Bəyənmədim (1)

"Bu qələbə azadlığın tiraniya üzərində qələbəsi olacaq"

"Ukrayna dünyanı qəhvəyi taundan, XXI əsrin faşizmindən xilas edəcək"

"Bu gün baş verənlər bəşəriyyətin inkişaf istiqamətinin dəyişilməsi deməkdir"

Mən əminəm ki, Ukrayna Rusiya ilə müharibədə qalib gələcək, çünki o, bəşəriyyətin gələcəyi uğrunda döyüşür.

Oxuməni.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində rusiyalı şahmatçı və siyasətçi, şahmat uğrunda 13- cü dünya çempionu Harri Kasparov bəyan edib.

"Mən bəşəriyyətin gələcəyinə inanıram. "Ukrayna qalib gələcək" ifadəsi tam deyil. Ukrayna bütün mənalarda qalib gələcək. Bu, təkcə işğalçı ordunun darmadağın edilməsinə gətirib çıxaracaq qələbə olmayacaq, təkcə Luqanskdan Sevastopoladək bütün Ukraynanın azad edilməsi qələbəsi olmayacaq, bu qələbə azadlığın tiraniyaya üzərində qələbəsi olacaq", - Kasparov belə deyib.

O, hesab edir ki, bu qələbə dünyanın bir çox regionlarına sevinc gətirəcək.

"Bu qələbənin əks- sədası hər yerdə- Qonkonqda, Tibetdə, Sintsyanda, İranda, Venesuelada- bütün dünyada eşidiləcək. Bu, şər kvintessensiyasını təcəssüm etdirən Putinin məğlubiyyəti olacaq. Nəticədə bu məğlubiyyət Moskvaya da təsir edəcək. Yəni bu gün Ukrayna dünyanı xilas edir, Sovet İttifaqına dönsək, qəhvəyi taundan xilas edir. XXI əsrin faşizmindən xilas edir. Ona görə də bu qələbənin tarixi əhəmiyyəti olacaq", siyasətçi əminliyini vurğulayıb.

Kasparovun fikrincə, bu gün baş verən hadisələr "bəşəriyyətin inkişaf istiqamətinin dəyişilməsi deməkdir".

"Şübhə yoxdur ki, tarix kitablarında bu, dönüş nöqtəsi, bəşəriyyətin inkişaf istiqamətinin dəyişilməsi kimi övladlarımız və nəvələrimiz tərəfindən öyrəniləcək", - Kasparov deyib.

O, əmindir ki, gələcəkdə bugünkü hadisələr haqqında filmlər çəkiləcək. Siyasətçi hesab edir ki, bəşəriyyət hazırda "dünyada bütöv koordinatlar sisteminin dəyişilməsinin tamamilə unikal bir dövrünü" yaşayır.

"Rusiya bu gün faşizmin məğlub olduğu müharibəni təkrarlayır. Lakin bu müharibə başqa tərəfdən alınıb və bunu hələ anlamır".