Rusiyadan şok Ukrayna etirafı - Yayımladıqdan dərhal sonra sildilər

Rusiyadan şok Ukrayna etirafı - Yayımladıqdan dərhal sonra sildilər

22 Aprel 2022 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada yayımlanan və Ukraynanın işğalını dəstəkləyən “Readovka” qəzeti Rusiya Müdafiə Nazirliyinin 13 414 hərbçinin öldüyünü, 7 mininin isə itkin düşdüyünü qəbul etdiyini bildirib.

Oxuməni.az xəbər verir ki, qəzet internet saytında yayımladığı xəbəri qısa müddətdə silib.

Xəbərdə ölən rus hərbçiləri üçün “yerləri doldurulmayan itkilər” ifadəsi işlədilib.

Qəzet onu da yazıb ki, nazirlik Rusiyanın “Moskva” kreyserinin ekipajından 116 nəfərin həlak olduğunu təsdiqləyib. Gəmidə olan 100 nəfərin də itkin düşdüyü bildirilib.

Rusiya nəşri xəbərin sonunda müdafiə nazirinin müavini Aleksandr Fominin bu açıqlamasına yer verib:

“Hazırda döyüşlərin intensivliyi və savaş meydanında cəsədlərin əlçatmaz olması səbəbindən ölənlərin sayını hesablamaq çətindir”.