Putin orduya komandanlığı öz üzərinə götürdü: Ukraynalıları daha dəhşətli soyqırımları gözləyir

Putin orduya komandanlığı öz üzərinə götürdü: Ukraynalıları daha dəhşətli soyqırımları gözləyir

22 Aprel 2022 10:58
Bəyəndim (0) Bəyənmədim (0)

“Kiyevə uğursuz hücumdan sonra Rusiya Prezidenti Vladimir Putin baş komandan vəzifəsini icra etməyə qərar verib. Bundan sonra Ukrayna ilə müharibədə göstərişləri Kreml rəhbəri şəxsən verəcək”.

Oxuməni.az xəbər verir ki, bunu jurnalist Xristo Qrozev deyib.

“Putin başa düşür ki, uğursuz Kiyevə hücum cəhdi özü üçün böyük reputasiya qiymətidir. Ona görə də o, sadəcə olaraq köhnə mövqeyində qalır və indi yeni nəsə vəd edən bu insanlara etibar etməsi mümkün deyil”, - Qrozev bildirib.

Qrozev əlavə edib ki, öz mənbələrinə görə, Putin artıq heç kimə etibar etmədiyi üçün hər şeyi özü idarə etməyə və göstərişlər verməyə çalışır: “O, həqiqətən də əsl baş komandan olmağa çalışır. Bu, çox maraqlı olacaq. Yeni mərhələ Putinin heç kimə güvənmədiyi və özünün şəxsən əmr verməsi ilə diqqət çəkəcək”.

Bir neçə gün və ya həftə ərzində Kreml rəhbəri bəzi aşkar səhvləri düzəldə bilər, lakin Qrozev əmindir ki, o, Ukraynaya qarşı müharibə üçün yeni strategiya qura bilməyəcək: “Gəlin bir həftədən sonra görək. O, nə qədər çox şəxsən özü iştirak etsə, strategiya üçün bir o qədər pis olacaq”.