"Bizim hazırda belə imkanlarımız olsaydı, indi müharibə Moskva ətrafında gedərdi..."

"Bizim hazırda belə imkanlarımız olsaydı, indi müharibə Moskva ətrafında gedərdi..."

22 Aprel 2022 09:27
Bəyəndim (0) Bəyənmədim (0)

Mariupolun mühasirəsini yarmaq üçün 6 addım atılmalıdır...

Oxuməni.az xəbər verir ki, Zelenski Moskvaya Mariupol şəhərindən təhlükəsiz çıxış müqabilində əsirləri dəyişməyi təklif edib

Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı hərbi əsirləri Mariupoldan dinc əhalinin və orada qalan Ukrayna hərbçilərinin təhlükəsiz çıxışı müqabilində Moskvaya təhvil verməyi təklif edib.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin "9-cu kanal" nəşri məlumat yayıb.

Martın əvvəlindən Mariupol şəhəri mühasirədədir.

Şəhər hər gün artilleriya və aviazərbələrinə məruz qalır. Yerli sakinlər zirzəmilərdə həyatla ölüm arasında mücadilə edir. Getdikcə daha çox insan acından ölür. Rusiyalı hərbçilər humanitar yardımı buraxmır. Aprelin 6- da şəhər şurasında məlumat verilib ki, Mariupolda Rusiyanın mobil krematoriləri işə başlayıb.

Son zamanlar Rusiya və "DXR" hərbçiləri Ukrayna hərbçilərinin müdafiə olunduğu "Azovpolad" zavoduna hücum edir. Dünən Mariupolun minlərlə dinc sakininin sığındığı yeraltı qurğulara ağır bombalar, o cümlədən bunkerəleyhinə bombalar yağdırmağa başlanılıb, artilleriyanın həm yerüstü, həm də dəniz növlərindən istifadə edilir.

Rusiya bir neçə dəfə "Azovpolad"ın müdafiəçilərinə silahı yerə qoymağı, dinc əhaliyə isə Rusiyanın nəzarətində olan ərazilərə təxliyyə edilməyi təklif edib, lakin hər dəfə bundan imtina edilib.

Bu gecə Ukrayna dəniz piyadalarının komandiri Sergey Volına "Azov" alayı ilə birgə "üçüncü ölkələrə" təxliyyəni təşkil etməkdə yardım edilməsi xahişi ilə müraciət edib. Volına deyib ki, onların günləri, bəlkə də saatları qalıb, ona görə də dünya liderlərinə belə xahişlə müraciət edib.

Bu gün Ukrayna hakimiyyəti Zaporojye tərəfə humanitar dəhlizə nail olub. Mariupoldan 6 min nəfərin çıxarılması gözlənildiyi halda çox az adam şəhəri tərk edə bilib.

Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bəyan edib ki, mühasirəni yarmaq üçün 6 addım atılmalıdır:

1) düşmənin Zaporojyeyə hücum edən çoxminli qruplaşmasını dayandırmaq;

2) bu qruplaşmanı məhv etmək;

3) Mariupola dəhliz açmaq və cinahların müdafiəsini təmin etmək;

4) Rusiya aviasiyasının zərbələri altında çöl yolları ilə Mariupoladək 120 km qət etmək;

5) Mariupolun xarici və daxili mühasirə həlqəsini yarmaq;

6) küçə döyüşləri aparmaqla "Azovpolad"a çıxmaq.

"Əgər bizim indi belə imkanımız olsaydı, biz Moskva ətrafında müharibə aparardıq", - Arestoviç qeyd edib, lakin vurğulayıb ki, Ukrayna ordusu Mariupolun müdafiəçiləri və dinc sakinlərinin taleyinin yüngülləşdirilməsi üçün bütün mümkün olan və olmayanarı edəcək.