"Putini devirmək azdır, bu qədər nacins və rəzilləri yaradan xalqla nəsə etmək lazımdır..."

"Putini devirmək azdır, bu qədər nacins və rəzilləri yaradan xalqla nəsə etmək lazımdır..."

22 Aprel 09:09
128
Bəyəndim (0) Bəyənmədim (0)

"Putini devirmək azdır. Bu qədər nacins və rəzilləri yaradan xalqla nəsə etmək lazımdır. Rejim dəyişikliyindən sonra rusiyalıların rehumanizasiyasını aparmaq lazım gələcək"

Yaşadıqlarımız Rusiyada 100 ildən artıq degenerasiya, deqradasiya və mənfi seçimin nəticələridir.

Oxuməni.az xəbər verir ki, bunu "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində "Ukrayna 24" telekanalının aparıcısı Yevgeni Kiselyov bəyan edib.

O, qeyd edib ki, Rusiya prezidenti Vladimir Putini hakimiyyətdən kənarlaşdırdıqdan sonra Rusiyada əhalinin dehumanizasiyasını aparmaq lazım gələcək.

"Müxtəlif ssenarilər ola bilər, lakin Rusiya üçün mən heç bir yaxşı ssenari görmürəm. Çünki mən Rusiyanı başqa istiqamətə yönəldə biləcək, Putindən, onun rejimindən yaxa qurtara biləcək və bütün bunları demontaj edə biləcək siyasi qüvvələri görmürəm.

Bir vacib məqam var: Putini devirmək azdır. Onu devirmək, həbs etmək, Putinlə bərabər mahiyyət etibarilə Ukrayna xalqının, Ukraynanın müstəqil, suveren dövlət kimi məhv edilməsinə yönələn bu dəhşətli, təcavüzkar müharibədə günahı olanları məhkəməyə vermək azdır. İnsanın ağlına sığmayan şeylər törədən bu qədər nacins və rəzilləri bəxş edən insanlarla nəsə etmək lazımdır. Onlar öldürür, zorlayır, yandırır və murdarlayırlar", - Kiselyov qeyd edib.

O, vurğulayıb ki, Rusiyanın ərazisində 100 ildən artıqdır ki, əhalinin deqradasiyası davam edir.

"Rejim dəyişəndən sonra Rusiya sakinlərini rehumanizasiya etmək lazım gələcək. Onlar, nəhayət, anlamalıdır ki, öldürmək, zorlamaq, xuliqanlıq etmək, mənəviyyatsız hərəkətlər törətmək olmaz. Bunu etmək çətin olacaq, çünki ən yaxşı, vicdanlı, parlaq insanlar Rusiyadan çıxıb gedir, mən qorxuram ki, həmişəlik gedirlər. Görün, hazırda nə qədər mühacirət edənlər var! Mənə elə gəlir ki, zaman etibarilə bunu 1917- 1922- ci illərlə, bolşeviklərin Rusiyadan ən incə mədəni təbəqəni silib atdığı zamanla müqayisə etmək olar. Nəticə göz önündədir. Yaşadıqlarımız 100 ildən artıq degenerasiya, deqradasiya və mənfi seçimin nəticələrindir", - jurnalist deyib.