
Ruslar Mariupolu ələ keçirdi - Şoyqu Putinə məruzə etdi
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə Mariupolun “azad edilməsi” ilə bağlı məruzə edib.
Oxuməni.az xəbər verir ki, onun sözlərinə görə, Mariupolun mühasirəsi zamanı Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinin sayı 8100 nəfərə yaxın olub.
Şoyqu, həmçinin “Azovstal” ərazisində iki mindən çox hərbçinin blokadaya alındığını bildirib. O qeyd edib ki, Rusiya Silahlı Qüvvələri və Donbas “respublikaları”nın Mariupoldakı bölmələri əhalinin müdafiəsi üçün bütün tədbirləri görüb.
Müdafiə nazirinin sözlərinə görə, silahlıların müqavimətinə baxmayaraq, Mariupolda 142 mindən çox vətəndaş təxliyə edilib, limanda olan bütün girovlar azad edilib.
Şoyqu bildirib ki, silahlıların bloklandığı “Azovstal”da işləri başa çatdırmaq üçün RF Silahlı Qüvvələrinə üç-dörd gün lazımdır.