Stanislav Tarasov: Rusiya Qarabağ ermənilərini müdafiə edəcək və onları sona qədər qoruyacaq

Stanislav Tarasov: Rusiya Qarabağ ermənilərini müdafiə edəcək və onları sona qədər qoruyacaq

21 Aprel 2022 09:59
Bəyəndim (0) Bəyənmədim (1)

"Moskvada belə bir təsəvvür yaranır ki, Nikol Paşinyanın rəhbərlik etdiyi ermənilərin Qarabağa heç bir aidiyyəti yoxdur... Rusiya Qarabağ ermənilərini müdafiə edəcək və onları sona qədər qoruyacaq. Lakin o, bu məsələləri artıq İrəvanla deyil, Bakı ilə həll edəcək"

Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan xəbərləri (NEWS.am) müxbiri ilə söhbətində rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz ölkələrinin problemləri üzrə ekspert Stanislav Tarasov bildirib. Ekspertin fikrincə, indi Kremlin Zaqafqaziyada mövqeyini proqnozlaşdırmaq çox çətindir. "Hələlik biz ikili standartlar faktını və Rusiyaya xəyanət görürük", - deyə Tarasov qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycanın tərkibində tanınmasına dair bəyanatını şərh edən politoloq kifayət qədər sərt danışıb. Onun sözlərinə görə, Paşinyan, əslində, Moskva, Vaşinqton, Paris və Brüssel arasında "ilişib" qalıb. "Bəli, Paşinyana Azərbaycanla sənədi imzalamağa icazə verin. Kim ona mane olur? Qoy o, Bakıya gedib sülh sazişinə imza atsın. Məsələ nədir? O, iki tərəfə (Qərbə və Rusiyaya) də yarınmağa çalışır. Hə, qoy çalışsın. Bu onun problemidir. Sülh anlaşmasını imzalamaq istəyir, buraxın imzalasın", deyə ekspert bildirib.

Bununla yanaşı, Stanislav Tarasov Rusiyanın bu məsələ ilə bağlı mövqeyini tam normal hesab edir. Politoloqun sözlərinə görə, Moskva Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının heç vaxt "əleyhinə" çıx"may"ıb. "Moskvada belə bir təsəvvür yaranır ki, Nikol Paşinyanın rəhbərlik etdiyi ermənilərin Qarabağa heç bir aidiyyəti yoxdur... Rusiya Qarabağ ermənilərini müdafiə edəcək və onları sona qədər qoruyacaq. Lakin o, bu məsələləri artıq İrəvanla deyil, Bakı ilə həll edəcək", - deyə rusiyalı ekspert xəbərdarlıq edib.

Əziz Mustafa