
Ekspert: Qərblə Rusiya arasında qarşıdurma artıq Ermənistana keçib
Qərblə Rusiya arasında qarşıdurma artıq Ermənistana keçib, lakin bu, hələ isti mərhələyə çatmayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan xəbərləri müxbiri ilə söhbətində – NEWS.am-apolitoloq Stepan Danielyan bildirib. Onun sözlərinə görə, hazırda müşahidə edilən proseslər hər şeyi isti mərhələyə da gətirə bilər, bu cür risklər çox yüksəkdir.
"Cənubi Qafqazda vəziyyət gərginləşərsə, bu, Ermənistan-Azərbaycan müharibəsi deyil, Türkiyə, İran və Rusiyanın iştirakı ilə müharibə olacaq ki, bu da Ermənistanın mövcudluğuna son qoya bilər", – deyə o vurğulayıb.
Danielyan Qarabağ ("Artsax") ətrafında ciddi geosiyasi proseslərin getdiyini, burada Türkiyə, Rusiya və İranın öz həyati əhəmiyyətli maraqlarını güddüyünü bildirib. Politoloq qeyd edib ki, Qərb Britaniya kapitalının fəal iştirakı ilə də regionda öz maraqlarını aktiv şəkildə itələyir.
"Ermənistan vəziyyətdən həm də istifadə edə bilər və öz çəkisini artıra bilər, ciddi geosiyasi subyekt ola bilər, amma hazırkı hakimiyyətin mövcud olduğu vaxtda belə bir şeyi gözləmək mənasızdır",-deyə ekspert qeyd edib.
Danielyan xatırladıb ki, Paşinyanın Moskvaya səfərindən əvvəl İrəvandan rəsmən bəyan ediblər ki, heç bir sənəd imzalanmayacaq, amma nəticədə 30 maddədən ibarət sənəd imzalanıb ."Çox güman ki, bu sənəd Rusiya tərəfi tərəfindən tərtib edilib və Paşinyanı onu imzalamağa məcbur ediblər. Rusiya bununla göstərmək istəyir ki, Cənubi Qafqazda məsələləri o həll edir. Bundan əvvəl Qərb qısa müddətdə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmağa, İrəvanı Qarabağı (Arsax) Azərbaycanın bir hissəsi kimi tanımağa və məsələni tamamilə həll etməyə çalışırdı. Növbəti addım ermənilərin (Qarabağdan-"Arsax"dan)-silahlı qüvvələrinin çıxması idi. Amma hər dəfə sülh müqaviləsindən söhbət gedəndə Rusiya bəyan edir ki, bu, uzun prosesdir və Qarabağ məsələsinə gələcəkdə müraciət etmək lazımdır.
Ermənistan ilə Rusiyanın birgə bəyanatı o deməkdir ki, bütün bu proseslər Moskvanın nəzarəti altında gedəcəkdir. Kremlə yaxın ekspertlər bir neçə dəfə Rusiyanın "Arsax" və Cənubi Qafqazdan çıxmayacağını bəyan ediblər.
Moskva ilə Qərb arasında Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası məsələsində də ziddiyyətlər meydana çıxıb. Bu prosesə rusiyalı hərbi ekspertlər də cəlb ediləcək və onlar vasitəçi kimi Ermənistanla və Azərbaycanla işləyəcəklər. Başqa sözlə, rusiyalı hərbi vasitəçilər bu prosesdə Rusiyanın siyasi və hərbi maraqlarını müdafiə edəcəklət", - deyə Danielyan vurğulayıb.
Ekspert hesab edir ki, Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesini də nəzarətdə saxlamağa çalışır.
"Bundan sonra Türkiyənin üçüncü tərəflərin iştirakı olmadan növbəti görüşlərin keçirilməsi istəyi səslənib. Türkiyə isə öz addımlarını Bakı ilə razılaşdıracağını bəyan etməklə öz gündəliyini itələməyə çalışır. Yəni, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi Azərbaycanın maraqlarına xidmət edir", – deyə o əlavə edib
Əziz Mustafa