Rusiyanın veto oyununa son qoyulur – BMT TŞ-da şok dəyişiklik

Rusiyanın veto oyununa son qoyulur – BMT TŞ-da şok dəyişiklik

20 Aprel 2022 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü tərəfindən məsuliyyətsiz şəkildə istifadə edilən veto hüququnda dəyişiklik gündəmə gətirilib.

Oxuməni.az xəbər verir ki, Lixtenşteyn tərəfindən BMT TŞ-ın 5 daimi üzvündən vetolarını əsaslandırmalarını tələb edən layihə hazırlanıb.

Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüquqlarından istifadəni azaltmağı hədəfləyən qanun layihəsi Rusiyanın Ukraynaya müdaxiləsindən sonra gündəmə gətirilib. ABŞ başda olmaqla 50 ölkənin dəstəklədiyi layihəyə digər 4 daimi üzv - İngiltərə, Fransa, Çin, Rusiya münasibət bildirməyib.

Layihəyə əsasən, Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri səsvermədə veto qərarı qəbul edərsə, 10 gün ərzində qərarını əsaslandırmalı və izah etməlidir. BMT TŞ-ın daimi üzvü olmaq istəyən Yaponiya və Almaniya da qanun layihəsini dəstəkləyib.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfield qanun layihəsini belə əsaslandırıb: “Biz Rusiyanın son iyirmi ildə veto imtiyazından sui-istifadə edən biabırçı metodundan xüsusilə narahatıq”.

Daimi üzvlərdən biri BMT TŞ-da qərar qəbul etmək üçün səsvermədə veto qoysa, nəticə mənfi olur. BMT TŞ veto məsələsinə görə demək olar ki, tamamilə iflic durumdadır - hərəkət etmək iqtidarında deyil.

İkinci Dünya Müharibəsindən sonra 1946-cı ildə yaradılmış BMT Təhlükəsizlik Şurasının o vaxtdan bəri keçirilən səsvermələrinə SSRİ (Rusiya) tərəfindən 143, ABŞ tərəfindən 86, İngiltərə tərəfindən 30, Çin və Fransa tərəfindən 18 dəfə veto qoyulub.