"Lavrovun Putinə qarşı öz oyununu oynamaqda məqsədi nədir?"- Rusiya nəşri

"Lavrovun Putinə qarşı öz oyununu oynamaqda məqsədi nədir?"- Rusiya nəşri

20 Aprel 2022 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Paşinyanla birgə bəyanatında "Qarabağ münaqişəsinin həllində" ATƏT-in Minsk qrupunun Həmsədrlik İnstitutunun potensialından və təcrübəsindən onun beynəlxalq mandatına uyğun istifadənin vacibliyini vurğulayıb...

“Rusiya lideri təsdiq edir ki, Qarabağ münaqişəsi həll olunmayıb və həll olunmalıdır...”

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya rəsmi səfəri zamanı Rusiya və Ermənistan başçılarının birgə bəyanatı Qarabağ ətrafında baş verən son hadisələr fonunda Ermənistan cəmiyyətində yaranan bəzi məsələlərə işıq salır. Xüsusilə, söhbət Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Minsk qrupunun artıq mövcud olmaması ilə bağlı bəyanatlarından sonra Moskvanın mövqeyindən gedir.

Oxuməni.az xəbər verir ki, bunu Rusiyanın ermənipərəst infoteka24.ru nəşri yazır.

Daha sonra liderlərin birgə bəyanatı şərh edilir:

“Bəyanatda belə deyilir:

“ Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işi davam etdirməyə və regionun sabitliyinin, təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsi maraqlarına uyğun olaraq. üç liderin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində əldə etdikləri razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinə çağırıb. Rusiya sülhməramlı kontingentinin təhlükəsizliyin təmin edilməsinə, (Dağlıq) Qarabağ əhalisinin həyatı üçün əlverişli və təhlükəsiz şəraitin yaradılmasına həlledici töhfə verdiyi vurğulanıb. Onlar təxirəsalınmaz humanitar vəzifələrin tezliklə həllinin, (Dağlıq) Qarabağ nizamlanmasının siyasi və diplomatik vasitələrlə həllinin zəruriliyini vurğulayıblar. Bu kontekstdə ATƏT-in Minsk qrupunun Həmsədrlik İnstitutunun potensialından və təcrübəsindən onun beynəlxalq mandatına uyğun istifadənin vacibliyi qeyd edilib”.

Bəyanatın bu bəndində bir neçə vacib məqam var. Birincisi, Rusiya lideri təsdiq edir ki, Qarabağ münaqişəsi həll olunmayıb və həll olunmalıdır. Ikincisi, tərəflər münaqişənin hərbi həll yolunu inkar edir, üçüncüsü, Ermənistan tərəfinin dəfələrlə bəyan etdiyi kimi, Minsk qrupunun fəaliyyət göstərdiyi və münaqişənin həlli üçün mandata malik olduğu bildirilir.

Maraqlıdır ki, Minsk Qrupu həmsədrləri özləri sülh danışıqlarına sadiqliklərini bir daha təsdiqləsələr də, Rusiya xarici işlər naziri bunun əksində israrlıdır.

Putin və Paşinyanın Qarabağla bağlı son bəyanatı Rusiya siyasi elitası arasında bu məsələdə vahid mövqenin olmadığını göstərib. Lavrovun Minsk qrupu ilə bağlı açıqlamaları Rusiya Federasiyası prezidentinin mövqeyinə ziddir. Rusiyalı ekspertlər arasında belə bir fikir də var ki, ölkə rəhbərliyi qeyri-sabit hərəkət edir və bəzən çox ciddi fikir ayrılıqları yaranır. Xüsusilə, bu uçurum hüquq-mühafizə orqanları ilə diplomatik qurumlar arasında müşahidə olunur. Xatırladaq ki, Putinin özü hətta mətbuat katibinin tez-tez razılaşmadığı bəyanatlar verdiyini təsdiqləyib.

Bu baxımdan sual yaranır: "Lavrovun Putinə qarşı öz oyununu oynamaqda məqsədi nədir?"- deyə Rusiya nəşri sual edir.

Xatırladaq ki, aprelin 8-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Aratat Mirzoyanla Moskvadakı görüşündən sonra birgə keçirdiyi mətbuat konfransında belə deyib:

“ATƏT-in Minsk qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv etməyə can ataraq, ATƏT-in Minsk qrupunu ləğv ediblər. Bu format çərçivəsində bizimlə əlaqə saxlamaqdan imtina ediblər”.Moderator.az