Paşinyan xalqı sülhə “hazırlamaq” tapşırığı verdi: Polis erməniləri “öz üsulları” ilə başa salacaq

Paşinyan xalqı sülhə “hazırlamaq” tapşırığı verdi: Polis erməniləri “öz üsulları” ilə başa salacaq

19 Aprel 2022 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan hakimiyyəti xalqı sülhə hazırlamaq qərarına gəlib və bu missiya hüquq-mühafizə orqanlarına həvalə edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə yerli “Hraparak” nəşri yazıb.

Qəzet hüquq-mühafizə orqanlarındakı vəzifəli şəxs olan mənbəyə istinadən yazır ki, bu günlərdə polis orqanlarında rəhbər heyətin iştirakı ilə böyük bir müşavirə keçirilib.

Müşavirədə hüquq-mühafizə orqanlarının rəhbərliyi tərəfindən şəhərlərdə və kəndlərdə Nikol Paşinyanın yürütdüyü kursa (sülh prosesi) qarşı çıxa biləcək aktivistlərin müəyyən edilməsi tapşırığı verilib. Bu cür tapşırıq verilməsinə səbəb isə Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra həmin şəxslərin etiraz ocaqları yaratması riski olub.

Polisdən bu cür şəxslərlə “öz üsulları” ilə işləmələri tələb olunub, anlamayanlara qarşı isə daha “anlaşıqlı üsul”lardan istifadə olunması tövsiyə edilib.

PS. Hazırda Rusiyada səfərdə olan Paşinyanın Moskvadan qayıtdıqdan sora Putinin göstərişi və təzyiqləri, həmçinin müxtəlif aldadıcı vədləri ilə sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə uzadacağı və vaxtudmağa çalışacağı istisna edilmir.