Ukrayna qüvvələri Rusiyanın motoatıcı briqadasının bölməsini məhv edib

Ukrayna qüvvələri Rusiyanın motoatıcı briqadasının bölməsini məhv edib

19 Aprel 2022 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın desantçıları Rusiya Silahlı Qüvvələrinin Tomsk şəhərindən olan 21-ci Qırmızı Bayraqlı qvardiyaçı Omsk-Novobut motoatıcı briqadasının bölməsini məhv edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Desant-həmlə qoşunlarının komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, məhz bu bölmənin hissələri daim beynəlxalq təlimlərdə iştirak edib, mükafatlar qazanıblar:

“Göründüyü kimi, Tomskdan olan motoatıcı briqadadan heç kim hadisələrin belə inkişafına inanmırdı. Onlar Ukrayna Silahlı Qüvvələrinin Desant-həmlə qoşunlarının bölmələrinin güclü, peşəkar və amansız cavabı ilə üzləşiblər. İndi də bu düşmən müqəddəs torpağımızda əbədi qalacaq”.

Bu arada isə məlum olub ki, Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 20 800-ə yaxın hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 802 ədəd tankı, 2 063 ədəd zirehli döyüş maşını, 386 ədəd artilleriya sistemi, 132 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 67 hava hücumundan müdafiə sistemi, 169 ədəd hərbi təyyarəsi, 150 ədəd helikopteri, 1 495 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kateri, 76 ədəd yanacaq çəni, 158 ədəd dronu, 27 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.