Generallar Putindən savaşı durdurmağı xahiş etdi...-"Taliblər  hücuma hazırlaşır!.."

Generallar Putindən savaşı durdurmağı xahiş etdi...-"Taliblər hücuma hazırlaşır!.."

19 Aprel 2022 09:54
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti Vladimir Putin bəzi rus generallarından Ukraynada hücum əməliyyatı keçirməmək barədə petisiya alıb. Quru qoşunlarının ən azı bir hissəsini digər tapşırıqlar üçün döyüş hazırlığında saxlamaqdan ötrü bu planlardan imtina edilməlidir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, hərbi ekspert Oleq Jdanov bu barədə “Ukrayna 24”-ün "Youtube" kanalındakı “FREEDOM” layihəsinin efirində teleaparıcı Yevgeni Kiselyova danışıb.

Jdanovun sözlərinə görə, müharibənin bu mərhələsində Ukrayna qoşunlarının Donbasdakı Birləşmiş Qüvvələr Əməliyyatı(BQƏ) zonasındakə qruplaşmasını mühasirəyə almaq üçün rus qoşunları tərəfindən kütləvi hücum cəhdi olacaq: "Burada əsas şəhər Kramatorsk şəhəridir. Onlar istəyirlər ki, qoşunlarının şimal və cənub qruplarını Kramatorskda bir araya gətirsinlər. Və bu minvalla ümid edirlər ki, bizim qoşunların(BQƏ) zonasında mühasirəsi başa çatacaq”, - Jdanov izah edib.

Eyni zamanda o qeyd edib ki, rus qoşunlarının Dneprə doğru irəliləmək üçün gücü və vasitələri yoxdur.

"Əgər onlar bizim qoşunlarımızı mühasirəyə ala bilsələr, bundan dərhal sonra danışıqlar prosesi təklifi gələcək: əsgərlərin həyatı müqabilində ərazilər. Çünki onların gücləri və vasitələri çətin ki, çatacaq. Və onlar bunu çox gözəl anlayırlar", - Jdanov belə deyib.