"5,45 mm-lik güllənin hərbçinin ürək boşluğuna düşməsi üçün 1,5 mm məsafə qalıb..."

"5,45 mm-lik güllənin hərbçinin ürək boşluğuna düşməsi üçün 1,5 mm məsafə qalıb..."

18 Aprel 2022 14:42
Bəyəndim (0) Bəyənmədim (0)

"Sağ qalmağım inanılmazdır..."

Bir neçə gün ürəyində güllə gəzdirən hərbçi özününkülərə tərəf gedib və uğurlu əməliyyat keçirib

"Feofaniya" şəhər xəstəxanasının həkimləri hərbçi Vladimir Qordiyenkonun ürəyindən güllə çıxarıb. 5, 45 mm güllə maşını deşib keçərək onun ürəyinə çatıb.

Son dərəcə mürəkkəb əməliyyata başlayarkən həkimlər hərbçinin həyatını xilas ermək üçün bir neçə plan düşünüb. Mülki həkimlər belə əməliyyatı ilk dəfə icra edib.

Oxuməni.az xəbər verir ki, bu barədə TCH nəşri yazıb.

Vladimirin 20 yaşı var, amma genişmiqyaslı hərbi müdaxilə başlayanda könüllü olaraq müharibəyə yollanıb. Kiyev vilayətində iki silahdaşl ilə əsir düşüb. 9 saat davam edən dindirilmədən sonra onları döyüşçülərin gəldiyi avtomobilə əyləşməyə və hərəkət etməyə əmr edib, ardınca avtomatlardan fasiləsiz atəş açmağa başlayıblar.

"Bir nəfər həlak olub, bir nəfər xilas olub, mən də xilas oldum, qardaşım maşında qaldı, onun cəmi 26 yaşı vardı", - Vladimir deyib.

Volodya deyib ki, avtomobildən kənara çıxmağa fürsət tapıb. Bir anın içində onu əmisioğlunun cəsədi ilə birlikdə qumbaraatandan atəşə tutublar, o, yaralandığını dərhal anlamayıb.

"Məndə pnevmotoraks (ağ ciyərlərə hava dolması) olduğunu meşəyə çatanda anladım və qan qusmağa başladım", - o, deyib.

Bu, matın 3- də baş verib, daha 2 sutka meşə ilə Jitomir tərəfə hərəkət edib.

"Ayın 5- də mən Jitomir vilayətinin Novaya Quta kəndinə çatdım, orada yerli sakinlər məni Malinsk xəstəxanasına, oradan isə Jitomir vilayətinin "Feofaniya" xəstəxanasına çatdırdılar. Yalnız burada həkimlər Volodyanı kompüter tomoqrafiyasından müayinəsindən keçirib, gördüklərinə inanmayıblar. 5, 45 mm güllə maşını deşərək, Volodyanın bədəninə keçib.

"Güllə kürək nahiyəsindən onurğanın sol tərəfindən keçib, 12- ci qabırğanı sındırıb, dalağı zədələyib və düz ürəyinə keçib", - həkimlər deyib.

Güllə ürəyin arxa divarında ilişib qalıb, amma işləməkdə davam edib.

"O, istənilən an ürəkdə qanaxma törədə bilərdi və bu, ürəyin dayanması ilə sonuclana bilərdi", - kardioloq izah edib.

"Biz, mülki həkimlər, yaralarla üzləşmirik, biz diaqnozu dəqiq müəyyən etmişdik, amma hansı taktikanı seçməyi yalnız əməliyyat zamanı qərar verməli olduq, gülləni çıxaranadək hamı həyəcan içindəydi", həkimlər danışıb.

Bu əməliyyat fəsadsız keçib. Vladimirin ürəyi əməliyyat masasında hərəkətdə olub, qanı damarlara vurub. Güllə keçən nahiyə sabitləşdirilib. Döyünən ürəkdə həkimlər zərgər dəqiqliyi ilə kəsik aparıb.

"Güllənin pasientin ürək boşluğuğana keçməsi üçün 1,5 mm məsafə qalıb", - həkimlər deyib.

Əməliyyat elə uğurla keçib ki, ertəsi gün Volodya ayağa durub.

"Mən bir neçə gün sağ qalmağıma inanmırdım", - o, belə deyib.

Volodyanın sabah 21 yaşı tamam olur. Onun ad günü üçün arzuladığı yeganə hədiyyə Mariupolu müdafiə edən əmisioğlunun onunla əlaqə yaradaraq, sağ qaldığını deməsidir. Sonuncu dəfə onunla aprelin 5- də danışıb.

Bu müharibə Volodyanın bir qardaşını əlindən alıb. Lakin o, bilir ki, hərbçilərimiz rusiyalılardan qisasını alıb. Onları əsir götürənlər Kiyev ətrafında texnika ilə birgə yanıb.

Əməliyyatın 4- cü günü Volodya çantasını yığışdırır. Öz xilaskarları ilə şəkil çəkdirir. Həkimlər deyir ki, ürəyindəki çapıq da xatirə qalacaq. Hər şey tam sağalandan sonra isə yeni ürək kimi döyünməyə başlayacaq.