"Sabiq deputatla rus generalının şok əməlləri..." - Ukraynada gərginlik

"Sabiq deputatla rus generalının şok əməlləri..." - Ukraynada gərginlik

18 Aprel 2022 13:32
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Dövlət Təhqiqatlar Bürosu (GBR) müəyyən edib ki, keçmiş deputat İlya Kiva və rus general çirkli pulların yuyulmasında birgə iştirak edib.

Oxuməni.az xəbər verir ki, hazırda Kivanın özünün sözügedən əmlakda iştirakı və bu obyektlərin düşmən tərəfindən Ukraynaya qarşı təxribat fəaliyyətini maliyyələşdirmək üçün istifadə oluna biləcəyi aydınlaşdırılır.

Dövlət İstintaq Bürosu keçmiş xalq deputatı İlya Kivanın biznes ortağı vasitəsilə rusiyalı generalın irimiqyaslı çirkli pulların yuyulmasını ifşa edib.

Kivaya qarşı vətənə xəyanətlə bağlı araşdırma zamanı GBR əməkdaşları şübhəli rus generalının da əmlakını aşkar ediblər. Əmlak deputatın biznes tərəfdaşlarına - rus general-polkovnikinin qohumlarına, Rusiya Sursat Agentliyinin Kimyəvi Silahların Təhlükəsiz Saxlanması və məhv edilməsi üzrə Federal Departamentinin rəisi Valeri Kapaşinə qeydə alınıb.

Tapılan əmlaklar arasında Ukraynada ümumi pulların yuyulduğu otellər, restoranlar, torpaq sahələri və sair var. Bu əməliyyatlarda qohumların iştirakı barədə məlumatlar yoxlanılır.

“GBR-yə müəyyən edib ki, əsassız aktivlərlə əməliyyatlar qanuni maliyyə-təsərrüfat fəaliyyətinin aparılması adı altında nəzarət edilən kommersiya strukturları zənciri vasitəsilə həyata keçirilib”, - məlumatda deyilir.

Qeyd edək ki, Kiva artıq vətənə xəyanətdə şübhəli olduğunu açıqlanıb. İndi eks-deputat aktiv şəkildə rus təbliğatçılarının efirinə çıxıb, ukraynalıları silahı yerə qoymağa və işğalçıya təslim olmağa çağırır. Müharibədən əvvəl Kiva Ukraynanı tərk etdi. Onun İspaniyada olduğu deyilsə də, ehtimal ki, Rusiyadadır.