İsveçin bir neçə şəhərində kütləvi iğtişaşlar davam edir

İsveçin bir neçə şəhərində kütləvi iğtişaşlar davam edir

18 Aprel 2022 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçin bir neçə şəhərində antiislam aksiyasına cavab olaraq kütləvi iğtişaşlar üç gündür davam edir.

Oxuməni.az xəbər verir ki, danimarkalı ekstremist sağçı partiya “Ştram Kurs”un rəhbəri Rasmus Paludanın Quranı yandırması bir neçə şəhərdə etirazlarla qarşılanıb. Etiraz edənlər Norrşöpinq, Linşöpinq, paytaxt Stokholm və Örebro şəhərlərinin küçələrinə toplaşıblar. Aksiyalar polislə kütləvi toqquşmalar ilə müşayiət olunub. Hətta etirazçılardan biri avtomobili çevik qüvvələrin üzərinə sürüb. Sürücü həbs edilib və qəsdən adam öldürməyə cəhd maddəsi ilə mühakimə olunacaq.

Malmödə etirazçılar təkər və yol kənarında olan müxtəlif avtomobilləri və bir avtobusu yandırıb.

Norşöpinq şəhərində bazar günü toqquşmalarda daş-qalaq olunan polis qüvvələri rezin güllələr ilə etirazçılara atəş açıb. Hadisə nəticəsində azı üç nəfər aksiyaçının xəsarət aldığı deyilir, bir nəfər isə ayağından güllə yarası ilə xəstəxanaya çatdırılıb.

Üç gün davam edən iğtişaşlar nəticəsində, onlarca polis əməkdaşının xəsarət aldığı bildirilir, bir neçə aksiyaçı da saxlanılıb.