Qara dənizdə gəmisi batan Kremlə Türkiyə səddi – “Ankara icazə verməyəcək"

Qara dənizdə gəmisi batan Kremlə Türkiyə səddi – “Ankara icazə verməyəcək"

18 Aprel 2022 10:49
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Rusiyaya məxsus “Moskva” kreyserini “Neptun” raketləri ilə vuraraq batırmasından sonra Kremlin bu gəminin yerini necə dolduracağı müzakirə mövzusu olub.

Oxuməni.az xəbər verir ki, eyni sinifdən daha iki kreyseri olan Rusiyanın Qara dənizdəki boşluğu doldurmaq üçün Türkiyəyə ehtiyacı var.

Rusiyanın şimal və Sakit okean donanmalarına rəhbərlik edən “Marşal Ustinov” və “Varyaq” kreyserlərini Qara dənizə gətirməsi üçün Türkiyənin neytral mövqe sərgilədiyi boğazlardan keçməsi lazımdır.

“Röyter”in iddiasına görə, “Moskva”nın batmasından sonra Rusiyanın Qara dəniz donanmasında uzaqmənzilli uçuşların həyata keçirilməsində ciddi problemlər yarana bilər. Mənbə həmçinin rus donanmasının hava hücumundan müdafiə sistemlərinin intensiv zərbə altında qala biləcəyinə də diqqət çəkib.

Bununla belə, Rusiyanın eyni sinifdən daha iki gəmisi var. Bunlar Şimal və Sakit okean donanmalarında xidmət edən “Marşal Ustinov” və “Varyaq”dır. Rusiya “Moskva”nı bunlarla əvəz etmək istəsə belə, bunu edə bilməyəcək, çünki onun qarşısında bir maneə var: Türkiyə.

Müharibənin ilk günlərində Xarici işlər naziri Mövlud Çavuşoğlu sahilyanı ölkələrə döyüş gəmiləri ilə bağlı xəbərdarlıq edib. Çavuşoğlu bütün sahilyanı və digər ölkələrə hərbi gəmilərin İstanbul boğazlarından keçməsinə icazə verməmələri barədə xəbərdarlıq etdiklərini açıqlayıb. Bu addımı o, Montrö müqaviləsi çərçivəsində atdıqlarını deyib.

“Röyter” də buna diqqət çəkərək bildirib ki, Rusiya “Marşal Ustinov” və ya “Varyaq”ı Qara dənizə göndərmək istəsə belə, Türkiyə buna icazə verməyəcək.