Faşist Solovyovdan vəhşi təklif: “Ukraynada hər şeyi məhv etmək lazımdır...”

Faşist Solovyovdan vəhşi təklif: “Ukraynada hər şeyi məhv etmək lazımdır...”

18 Aprel 2022 09:14
Bəyəndim (0) Bəyənmədim (0)

Qeyri-ruslara nifrəti və cəllad münasibəti ilə tanınan faşist Solovyov Hitlerin belə ağlına gətirə bilmədiyi təklif ilə çıxış edib, O deyib ki, canlılar da daxil olmaqla Ukraynada hamını məhv edərək oranı xarabazara çevirmək lazımdır.

Rusiyalı jurnalist Vladimir Solovyov Qara dəniz donanmasının flaqmanı olan "Moskva" raket kreyseri ilə bağlı bütün məsələlərə, o cümlədən ekipajın döyüş hazırlığı və təchizatı məsələlərinə aydınlıq gətirilməsini tələb edib.

Oxuməni.az xəbər verir ki, bu barədə o, özünün "Solovyov Live" proqramının efirində bəyan edib.

Solovyov hər şeyə "xüsusi əməliyyat" kimi baxmamağa və "Ukrayna ilə tammiqyaslı müharibə aparmağa", o cümlədən qərar qəbul edilən mərkəzlərə hücumlara çağırış edib: "Ukraynada hər şeyi məhv etmək lazımdır...Orada bütün canlıları məhv edərək Ukraynanı xarabazara çevirmək lazımdır".
Solovyov bu zaman ekspert Yakov Kedminin fikrinə istinad edib.
"Mən Yakov Kedminin çıxışını dinləmişəm, o, tamamilə haqlıdır. Biz "xüsusi hərbi əməliyyat deyil, müharibə aparsaydıq, o zaman mülkilər daxıl olmaqla bütün hava limanları, dəmir yolları, infrastruktur, qərarlar qəbul edilən mərkəzlər məhv ediləcəkdi", - Solovyov belə deyib.

Özünü milyonlarla yəhudini və qeyri almanları sobalarda yandıran Hitler ideologiyasının qatı tərəfdarı kimi aparan façist Solovyov şübhəsiz ki, öz layiqli cəzasını alacaq, tez və ya gec hitlerçi cəlladların taleyini yaşayacaq.