Odessa dəniz piyadaları Nikolaev yaxınlığında rus qoşunlarını məğlub etdilər...

Odessa dəniz piyadaları Nikolaev yaxınlığında rus qoşunlarını məğlub etdilər...

17 Aprel 2022 21:39
Bəyəndim (0) Bəyənmədim (0)

Odessa dəniz piyadaları Nikolaev bölgəsində düşmən bölmələrini məhv etdi. Bəzi rus əsgərləri əsir götürüldü.

Oxuməni.az xəbər verir ki, bu barədə kontr-admiral Mixail Ostroqradski adına 35-ci Əlahiddə Dəniz Briqadası məlumat yayıb.

“Nikolayev vilayətində Odessa dəniz briqadasının hərbçiləri rusların Ukrayna torpaqlarını ələ keçirmək planlarını məhv etdilər. Bəzilərinin bəxti gətirdi, bəziləri sağ qaldı və əsir tutuldu, bəziləri isə qara selofan torbada evlərinə gedəcəklər",- deyə məlumatda bildirilir.

Bundan əlavə, Ukrayna hərbçiləri rusların sənədlərini və rabitə vasitələrini də ələ keçiriblər.