Ukrayna MN: "Son sutkada Rusiyanın 1 təyyarə, 1 helikopter və 5 PUA-sı vurulub"

Ukrayna MN: "Son sutkada Rusiyanın 1 təyyarə, 1 helikopter və 5 PUA-sı vurulub"

17 Aprel 10:22
109
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Müdafiə Nazirliyi cəbhədəki durumla bağlı operativ məlumat yayıb.

Oxuməni.az xəbər verir ki, nazirlik Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumunun davam etdiyini bildirib.

“Qarşı tərəfin bölmələrinin Kursk, Bryansk və Voronej vilayətlərindən Ukraynanın digər ərazilərinə hərəkəti davam edir. Onların təminatında ciddi problemlər var. Rusiya Silahlı Qüvvələrinin birbaşa təmas xəttində yerləşən bölmələrində şəxsi heyətin narazılığı artır, mənəvi-psixoloji durum aşağı olaraq qalır. Qarşı tərəfin hərbçiləri rotasiya çatışmazlığından, sıradan çıxan avadanlıqlardan, verilən yanacağın və qidanın keyfiyyətindən şikayətlənirlər. Volın və Polissya istiqamətlərində düşmən fəal hərəkətə keçməyib. Belarus Silahlı Qüvvələrinin müəyyən hissələri Brest və Qomel vilayətlərində Ukrayna-Belarus sərhədinin mühafizəsi üzrə tapşırıqları yerinə yetirməkdə davam edir. Severski istiqamətində Rusiya ərazisindən Çerniqov və Sumı vilayətlərində hərbi və mülki infrastruktura raket zərbələri endirilməsi və artilleriyadan atəşə tutulması ehtimalı var”.

Rəsmi informasiyaya əsasən, Slobojanski istiqamətində qarşı tərəfin şəxsi heyətinin tərkibində və mövqeyində heç bir dəyişiklik yoxdur. “Onlar Xarkov şəhərini qismən mühasirəyə almağa və onun yaşayış məntəqələrini atəşə tutmağa davam edirlər. Donetsk və Tavriya istiqamətlərində Mariupola aviazərbələr endirilir. Rusiya qoşunları dəniz limanı yaxınlığında hücum əməliyyatları həyata keçirib. 810 və 155-ci ayrı-ayrı dəniz piyada briqadalarının bölmələri desant dəniz əməliyyatı üçün hazırlanır. Hazırda məlumat dəqiqləşdirilir. Müvəqqəti işğal edilən ərazilərdə mülki əhaliyə qarşı talanlar və zorakılıq davam edir. Son sutka ərzində Donetsk və Luqansk vilayətlərində düşmənin 10 hücumu dəf edilib. Həmçinin 15 tank, 24 zirehli texnika və 3 artilleriya sistemi, 1 təyyarə, 1 helikopter, 5 PUA və 6 qanadlı raket vurulub”.