Rusiya uduzub, indi şərtləri Kiyev diktə edir

Rusiya uduzub, indi şərtləri Kiyev diktə edir

17 Aprel 2022 09:31
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya artıq müharibəni uduzub, hazırda Rusiya rejimi bu məğlubiyyəti ruslara necə təqdim edəcəyini düşünür.

Oxuməni.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Arestoviç əlavə edib ki, Rusiya müharibənin getdiyi bu 50 gündə hədəfini 5 dəfə dəyişib, hazırda “əsas hədəf” kimi Mariupolun işğalı qoyulub.

“İndi Ukrayna şərtləri diktə edir, Rusiyanın cavab verməyə heç nəyi yoxdur. Onlarda krizis və faciədir, onlar bilmirlər bu vəziyyətdən necə çıxsınlar”, - Arestoviç Mariupoldakı Ukrayna əsgərlərinin öldürüləcəyi halda Rusiya ilə bütün sülh danışıqlarının dayandırılacağı haqda Zelenskinin şərtini şərh edərkən bildirib.