"Moskva" kreyserinin vurulmasında NATO izi - "Ukraynaya məlumat ötürülüb"

"Moskva" kreyserinin vurulmasında NATO izi - "Ukraynaya məlumat ötürülüb"

16 Aprel 2022 09:30
Bəyəndim (0) Bəyənmədim (0)

"NATO Qara dənizdəki bütün rus donanmasının lokasiyalarına dair kəşfiyyat məlumatlarını Ukraynaya ötürüb"

Oxuməni.az xəbər verir ki, bunu ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev Yenisabah.az-a açıqlamasında deyib.

O, Rusiyanın Qara dənizвэ batırılan “Moskva” kreyserindən söz açıb:

“Əslində, bu kreyser Qara dəniz donanmasının əsas vurucu gücü idi. Bundan da əlavə, kreyserin özündə Qara dəniz donanması qərargahının bir hissəsi yerləşirdi. Hövzədəki bu gəmidə 510 nəfərlik heyət vardı, onlardan 66-ı zabit və admiral kateqoriyasında idi. O, bir tank diviziyasının vurucu gücünə bərabər gəmi idi. Onun batması rus donanmasının ən böyük itkisidir”.

Ekpertin sözlərinə görə, "Moskva"nın batırılması ilə Qara dənizdə rus donanmasının artıq müdafiəsiz hala gəldiyi aşkarlanıb:

“Bu tip gəmilər asanlıqla sıradan çıxarılmır. Çünki gəminin özündə çoxməqsədli elektron radiolokasiya sistemləri, hava hücumundan müdafiə raketləri, eyni zamanda, dəniz-yer və dəniz-hava tipli “S-300”, “OSA” və “Zenit” raket kompleksləri var. Yəni bu qədər müdafiə və mühafizə qabiliyyətinə malik bir gəminin özünü müdafiə edə bilməməsi Rusiya donanmasının zəif nöqtəsini göstərir. Bu zəifliklər isə ya səhlənkarlıq, ya da düşməni düzgün qiymətləndirməmədir.

İşarələr göstərir ki, kreyserin gövdəsi 2 ədəd “Neptune” raketi ilə vurulub. Sonradan isə gəminin silah anbarı partlayıb”.

Hərbi analitikin iddiasına görə, gəmi Ukrayna tərəfindən vurulub, lakin Ukrayna Silahlı Qüvvələrinə dəqiq kordinatlar birbaşa NATO-dan verilib:

““Bayraktar TB2” kimi PUA-lar əsas funksiyası gəminin radiolokasiya sistemindən yayınaraq əsas kəşfiyyat məlumatları əldə etmədir. Amma məncə, NATO Qara dənizdəki bütün rus donanmasının lokasiyalarına dair kəşfiyyat məlumatlarını Ukraynaya ötürüb. Yəni artıq gəmilərin yerlərini təyin etmə Ukrayna üçün o qədər də ciddi maneə yaratmır.

Görünən odur ki, “Moskva”nın öz elektron radiosistemi normal vəziyyətdə olmayıb, odur ki, atılan raketi aşkar edə bilməyib".

"Pentaqon və NATO-nun hərbi beyin mərkəzləri əməliyyat teatrını vizual olaraq ukraynalı rəsmilərə çatdırırlar. Birbaşa olaraq müharibədə iştirak etməsələr də. Onlar son günlərdə Ukraynanı kifayət qədər silahla dəstəkləyiblər”, - deyə ekspert əlavə edib.