Ukraynalı qadınları zorla deyən qadının əri əsgər Roman Bıkovski imiş...

Ukraynalı qadınları zorla deyən qadının əri əsgər Roman Bıkovski imiş...

16 Aprel 2022 09:17
Bəyəndim (0) Bəyənmədim (0)

Azadlıq Radiosunun Rus xidməti və Sxema təhqiqat layihəsi ona Ukrayna qadınlarını zorlamağı tapşıran qadının ərini – Rusiya əsgərini aşkar edib.

Oxuməni.az xəbər verir ki, Azadlıq Radiosunun müxbiri Mark Krutovun bu barədə məqaləsində deyilir ki, həmin əsgər hazırda yaralıdır və Sevastopol hospitalında müalicə olunur.

Ərinə Ukraynalı qadınları zorlamağı təklif edən qadının səsi Ukrayna təhlükəsizlik xidməti SBU tərəfindən tutularaq yazılıb.

SBU bu səs yazısını aprelin 12-də yayıb. Səs yazısından belə başa düşmək olar ki, bu, daha uzun telefon söhbətinin kiçik fraqmentidir. Dialoqdakı kişi səsinin sahibi Rosqvardiyanın keçmiş müddətli hərbi qulluqçusu, daha sonra isə 108-ci qvardiya desant-hücum alayının döyüşçüsü, Krımın ilhaq olunmasında iştirak etmiş Roman Bıkovskidir. O sonradan öz ailəsini də Krıma köçürüb.

"Mənə heç nə demə!"

– Sən bax ha, orda Ukrayna arvadlarını zorla, yaxşı? Mənə heç nə demə. Başa düşdün? (gülür).

– Zorlayım və sənə heç nə deməyim?

– Hə, qoy mən heç nə bilməyim. Nə olsun ki? (gülür).

– Olar da?

– Hə, icazə verirəm. Amma qorun!

– Yaxşı.