""Moskva" ilə birlikdə nüvə başlıqları da batıb" - İddia

""Moskva" ilə birlikdə nüvə başlıqları da batıb" - İddia

15 Aprel 2022 11:36
Bəyəndim (0) Bəyənmədim (0)

"Anladığım qədər, "Moskva" kreyseri ilə birlikdə göyərtəsində olan nüvə başlıqları da batdı..."

Oxuməni.az xəbər verir ki, bunu öz "Facebook" səhifəsində sabiq xarici işlər naziri Tofiq Zülfüarov yazıb.

O əlavə edib: "Maraqlıdır, niyə hamı bu barədə susur?"

Xatırladaq ki, Aprelin 14-də Rusiya Müdafiə Nazirliyi "Moskva" kreyserinin yedəklənərkən tufanlı havada batdığını etiraf edib.

"Moskva" - Rusiya Hərbi Dəniz Qüvvələri Qara dəniz donanmasının 30-cu diviziyasının tərkibində olub. Donanmanın flaqman gəmisi Gürcüstanda (2008), Suriyada (2015) və Ukraynada (2022) baş verən hərbi münaqişələrdə iştirak edib.

2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya hücumu zamanı gəmi Zmeyinı adasının tutulmasında iştirak edib.

2022-ci il aprelin 13-dən 14-nə keçən gecə baş vermiş yanğın və partlayış nəticəsində gəmiyə ciddi ziyan dəyib.

"Forbes"un məlumatına görə, o, Ukrayna ilə müharibədə Rusiyanın ən bahalı hərbi itkisi olub. Ehtimallara görə, ilkin dəyəri təxminən 2 milyard dollar olan kreyserin qalıq dəyəri 750 milyon dollar idi.