Putin "sui- qəsddən", özünün snayperlərindən, mühafizə xidmətindən dəhşətli dərəcədə qorxur
"Bunlar saxta oxşarlardır və yaxın məsafə üçün yararsızdır"
"Dvornikov harada olursa, qaz buraxır, çünki dinc əhalini qazla zəhərləməkdən həzz alır"
Rusiyalı teleaparıcı və publisist Aleksandr Nevzorov Rusiya prezidentinin oxşarları barədə fikirlərini bölüşüb.
Oxuməni.az xəbər verir ki, bu barədə o, "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona verdiyi müsahibəsində danışıb.
Jurnalistin "Kreml rəhbərinin xüsusilə uğursuz mübaribə zamanı oxşarlarının olması təhlükəli deyilmi?" sualına Nevzorov belə cavab verib: "Bunlar saxta oxşarlardır, 100- 150 m məsafədə hansısa rəsmi tədbirlər üçün, yanında heç kim olmayanda oxşarlar kimi görünür".
Onun sözlərinə görə, bu, Putini müsahibə verən zaman və ya iclasda əvəz edəcək insanlar deyil.
"Bunlar saxta fiqurlardır və yaxın məsafədən görünüş üçün yararsızdır", - aparıcı dəqiqləşdirib.
Nevzorov əlavə edib ki, Putin "sui- qəsddən", özünün snayperlərindən, mühafizə xidmətindən dəhşətli dərəcədə qorxur.
"O, hər şeydən qorxur. O, hansı uçuruma yuvarlandığını və bu uçurumdan geriyə dönüş olmayacağını gözəl bilir", - publisist bəyan edib.
Daha sonra publisist Rusiyanın Rostov vilayətindəki filtrasiya (suzgəc) düşərgələrindən danışıb.
Hazırda Rostov vilayətinin Taqanroq şəhəri yaxınlığında belə düşərgələrdə bir neçə min adam saxlanılır. Oraya mühasirədə olan Mariupoldan və işğal edilmiş digər şəhərlərdən qaçan ukraynalıları aparırlar.
Federal Təhlükəsizlik Xidməti onlara belə suallar ünvanlayır:
- Sizin siyasi baxışlarınız?
- Ukrayna idarələri ilə, Qərb ölkələri ilə əlaqəniz varmı?
Ən maraqlısı odur ki, əgər ailə Qərb ölkələrinin birində qaçqın statusu alıbsa, bu, artıq filtrasiya düşərgəsinə düşmək üçün bəhanədir.
Maraqlısı həm də bu düşərgələrdə ukraynalılarla yanaşı, rusiyalı hərbçilərin saxlanmasıdır. Onlar da Ukraynadan dönəndə süzgəcdən keçirilir. Əsirlikdə olanlara xüsusi diqqət yetirilir. Onları xüsusi diqqətlə sorğu- sual edirlər.
Belə üsulla təkcə əsgərlər deyil, Ukraynaya humanitar yardım üçün gedənləri də yoxlamaya məruz qalır.
FTX və Rusiya hökumətinin məqsədi Mariupolda və Ukraynanın digər şəhərlərində baş verənlər barədə həqiqətləri, gerçəkdə baş verənləri Rusiya cəmiyyətindən gizlətməkdir.
Daha sonra Nevzorov Ukraynada Rusiya qoşunlarının yeni komandanı barədə danışıb və general Dvornikovu dinc əhalini qazla zəhərləməyi xoşlayan "vəhşi heyvan" və "adamyeyən" adlandırıb.
Kremldə əvvəlki komandanın Ukrayna ilə yumşaq davrandığı qənaətinə gəliblər və oraya Suriya müharibəsinin odu- alovundan çıxan adamyeyəni göndərməyin zəruri olduğunu qərara alıblar.
"Bu yeni komandan qaz buraxmaqdan həzz alır. Hərada olursa, otaqlarda, küləkli havada olsun, qaz buraxır. O, hər yerdə qaz buraxır! Əgər bu, bağırsaq qazları olsaydı, onunla bir otaqda olmaq ağır olsa da, buna dözmək olardı. Amma o, döyüş zəhərləyici qazlar buraxır.
Biz bilirik ki, son zamanlar Suriyada, səhv etmirəmsə, 130 qaz hücumu olub, çoxsaylı uşaqlar, camaşırxanada işləyənlər, kompüterçilər həlak olub. Çünki bu qaz hücumları qoşunların olmadığı, əsasən, mülki əhalinin olduğu rayonlara edilib. Onun üçün qoşunların olduğu yerdə kimyəvi silah işlətmək maraqlı deyil. Ona görə ki, qoşunların olduğu yerlərdə insanlar bir- biri ilə məsafədə olur bə qurbanların sayı belə çox ola bilməz", - Nevzorov deyib.
O, xatırladlıb ki, Suriyanın bir sıra şəhərlərində, məsələn, Kafr- Zita və Xan- Şeyxunda kimyəvi hücumlar nəticəsində çoxsaylı zərərçəkən olub.
"Adətən, hesab edilirdi ki, Bəşər Əsəd qaz buraxır, amma hətta Əsədin özü belə bu rus generalının etdiklərindən dəhşətə gəlib. Bu elə bir vəhşi heyvandır ki, müharibəni istisnasız olaraq dinc əhaliyə qarşı qəddarlıq sərgiləməklə udmağı zənn edir", - Nevzorov deyib.
Publisistin sözlərinə görə, Rusiya Ukraynada əvvəlki komandanlığının incə davrandığını hesab edir.
"Kreml əvvəlki komandanlığın Ukrayna ilə həddən artıq yumşaq davrandığını hesab edərək, oraya Suriya müharibəsinin odu-alovundan çıxan adamyeyəni atmaqla məsələni bitirməyin mümkün olduğunu zənn edir", - Nevzorov belə güman edib.
O, xatırladıb ki, Rusiya qoşunları bu həftə Donetsk vilayətinin Mariupol şəhərində kimyəvi silahdan istifadə edib
"Biz bilirik ki, o, öz istedadından Mariupolda tətbiq etmək və sözün mütləq və nəcib mənasında fədakarlıq, xeyirxahlıq, cəsarət və insanları sevmək bacarığı nümayiş etdirən nümunəvi "Azov" bölməsini qazla zəhərləməyə cəhd edib", - Nevzorov vurğulayıb.