Ali Rada, Nazirlər Kabineti, PA vurula bilər - Kiyev açıqladı

Ali Rada, Nazirlər Kabineti, PA vurula bilər - Kiyev açıqladı

14 Aprel 2022 12:53
Bəyəndim (0) Bəyənmədim (0)

Hərbi hakimiyyət orqanları və Ukrayna təhlükəsizlik qüvvələrinin bütün mərkəzi aparatları Rusiya Federasiyası tərəfindən hücuma məruz qalmaq təhlükəsi ilə üz-üzədir.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna qoşunlarının Rusiyadakı obyektlərə zərbələr endirəcəyi təqdirdə qərar qəbuletmə mərkəzlərinə, xüsusən Kiyevə zərbə endirməklə hədələyib.

Oxuməni.az xəbər verir ki, Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib ki, Rusiya Federasiyasının Ukrayna hakimiyyətinə atdığı istənilən atəşə cavab verilə bilər.

“Bir saniyə belə şübhə etmirəm ki, onlar zərbə vura bilərlər. Üstəlik, onların mahiyyətini bildiyim üçün əminəm ki, onlar sülh müqaviləsi bağlanmazdan əvvəl son gündə zərbə vuracaqlar. Bu, Kremldir. Onlar Ukraynada qərarların qəbul edildiyi obyektləri vuracaqlarını bildirirlər”,- Aretoviç bildirib.

Onun sözlərinə görə, Ukraynanın hərbi hakimiyyət orqanları, güc strukturlarının bütün mərkəzi aparatları təhlükə altındadır: “Bəlkə də Ali Rada, Nazirlər Kabineti və ya Prezident Aparatı... Əslində biz həmişə hazırıq, qoy raketləri uçsun, görək. Sadəcə, yadda saxlamaq lazımdır ki, hökumətimizə hər hansı bir atəşaçma olacaq. Odur ki, diqqətli olun”, - Ukrayna rəsmisi deyib.