"Mariupolda güclənmiş ordu var, döyüşü sona qədər..." - Ukrayna

"Mariupolda güclənmiş ordu var, döyüşü sona qədər..." - Ukrayna

14 Aprel 2022 10:37
Bəyəndim (0) Bəyənmədim (0)

“Bir gün əvvəl 36-cı dəniz piyada briqadasının Mariupoldakı Azov alayı ilə əlaqəsi zamanı bəzi dəniz piyadaları əsir götürülüb”.

Oxuməni.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç dünən yayılan məlumatı təsdiqləyərkən bildirib.

Eyni zamanda Arestoviç rus təbliğatçılarının çoxlu sayda dəniz piyadasının əsir düşməsi haqda yaydıqları məlumatları təkzib edib.

“Deməliyəm ki, 36-cı dəniz piyadaları briqadasının bir hissəsi mühasirəni yarmaq cəhdi zamanı əsir götürülüb. Min nəfər deyil, daha az. Bu min nəfərin hamısı tamamilə yalandır, bir neçə dəfə çoxaldılıb. Onlar mühasirəni yararaq “Azov”a qoşulmaq istəyiblər. Və bəziləri başqa yerdə hücum ediblər. Çünki onlar bir-birindən ayrılıb, vəziyyətə uyğun qərar qəbul ediblər. Nəticədə döyüş zamanı əsir götürülüblər”,- Aretoviç deyib.

Onun sözlərinə görə, mühasirəni yarıb keçə bilən hissəsi döyüşməyə hazırdır və görülən tədbirlərdən sonra Mariupolun müdafiəsi güclənib: “Bu, güclü hərbi gedişdir, çox çətindir”.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı əmin edib ki, komandanlığın Mariupoldakı Müdafiə Qüvvələri ilə əlaqəsi var və müdafiə əməliyyatının təfərrüatları ictimai müzakirə mövzusu olmamalıdır