Ukraynadan Rusiyaya ağır zərbə: “Moskva” vuruldu

Ukraynadan Rusiyaya ağır zərbə: “Moskva” vuruldu

14 Aprel 2022 09:14
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna ordusu Rusiya donanmasının "Moskva” kreyserini "Neptun” gəmi əleyhinə raketlərlə vurub.
Oxuməni.az xəbər verir ki, bu barədə Odessa qubernatoru Maksim Marçenko mətbuata açıqlamasında bildirib.

Qubernator deyib ki, Qara dənizi qoruyan Neptun raketləri Rusiya gəmisinə çox ciddi ziyan vurub.

Ukrayna Prezidentinin köməkçisi Aleksey Arestoviç qeyd edib ki, 510 əsgərin olduğu gəmidə fırtına səbəbindən yanğınsöndürmə işləri çətinləşib.

"Vurulan gəmi İlan adasında Ukrayna əsgərlərinin təslim olmasını tələb edən gəmi olub”, – deyə vurğulayıb.

Paylaş