
Rusiya işğalçılarının arvadları öz ərlərinə ukraynalı qadınları zorlamağa çağırış edib - ŞOK
"Sən orada ykraynalı qadınları zorla, mənə heç nə demə. Aydın oldumu? Hi-hi...İcazə verirəm. Amma qorunmağı da unutma..."
Ukrayna Təhlükəsizlik İdarəsi (UTİ) tərəfindən ələ keçirilən danışıqlarda arvadları işğalçılara bu zaman qorunmağı da unutmamağı tövsiyə edib.
Oxuməni.az xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik İdarəsi aprelin Facebook səhifəsində məlumat yayıb.
"Rusiya işğalçılarının arvadları öz ərlərinə ukraynalı qadınları zorlamağa çağırış edib. UTİ- nin ələ keçirdiyi bu şokedici söhbətlər təkcə işğalçıların deyil, həm də onların 80 faizinin Ukraynada müharibəni dəstəkləyən doğmaları və yaxınlarının mənəvi dəyərlərini əks etdirir", - məlumatda belə deyilir.
Xüsusi xidmət idarəsinin dərc etdiyi səs yazısında rusiyalı qadın ərinə deyir:
"Sən orada ukraynalı ləçərləri zorlayarsan, amma bunu mənə demərsən. Aydın oldumu? Hi-Hi...İcazə verirəm. Amma qorunmağı da unutma".
UTİ- də vurğulayıblar ki, "burada əlavə şərhə ehtiyac qalmır".
"Qələbə üçün çalışırıq ki, bu natəmizləri tezliklə Ukraynadan rədd edək", - Ukrayna Təhlükəsizlik İdarəsində bəyan edilib.