“Bizə təklif etdilər ki, Qarabağla bağlı status məsələsini…”-Paşinyandan şok etiraf

“Bizə təklif etdilər ki, Qarabağla bağlı status məsələsini…”-Paşinyandan şok etiraf

13 Aprel 13:56
168
Bəyəndim (0) Bəyənmədim (0)

“Əraziləri təslim edərək, minlərlə insanın həyatını xilas edə bilərdim. Bunu etməkdən imtina etməklə, əslində, minlərlə insanın ölümündə günahkar oldum”.

Oxuməni.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətin 2021-ci il üçün proqramının icrası ilə bağlı hesabatı təqdim edərkən deyib.

“2018 və 2019-cu illərdə mən xalqa bildirməli idim ki, bütün dostlarımız və tərəfdaşlarımız, istər uzaq, istərsə də yaxın dostlarımız, bu və ya digər konfiqurasiyada Dağlıq Qarabağ ətrafında yerləşən yeddi rayonu Azərbaycana təslim etməyimizi gözləyirlər. Bizə də təklif olundu ki, Dağlıq Qarabağın statusu ilə bağlı qoyduğumuz mövqeyi yumşaldaq”- Paşinyan qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Qarabağı tərk etmiş Azərbaycan əhalisinin onun gələcək statusunun, eləcə də taleyinin müəyyən edilməsi prosesinə hərtərəfli cəlb olunmasını gözləyir.

Paşinyan deyib ki, beynəlxalq ictimaiyyət Türkiyənin müttəfiqi Azərbaycanın ərazi bütövlüyünü tanımayan dünyada yeganə ölkə olmanın təhlükəsindən açıq şəkildə danışır.

“Beynəlxalq tərəfdaşlar birbaşa və ya dolayısı ilə diplomatiya dilindən istifadə edərək rəsmi İrəvanın bu cür mövqeyinin təkcə Qarabağ üçün deyil, həm də Ermənistanın özü üçün böyük təhlükə olduğunu açıqlayırlar.
Bu gün beynəlxalq ictimaiyyət bizə deyir ki, Qarabağ məsələsində mövqeyinizi daha da yumşaldın, əks halda bizdən onlara ümid bəsləməməyinizi xahiş edirlər. Bu, yardım göstərmək istəyinin olmaması ilə deyil, sadəcə olaraq, kömək göstərə bilməmələri ilə bağlıdır”, – baş nazir izah edib.

Paşinyan onu da bildirib ki, hər dəfə Ermənistan üçün sülh gündəminin alternativi yoxdur tezisini təkrarlamağa məcbur olur.ölkə.az