""Dağlıq Qarabağ"la bağlı həqiqəti xalqıma demədiyim üçün günahkaram..."- Paşinyandan şok açıqlama

""Dağlıq Qarabağ"la bağlı həqiqəti xalqıma demədiyim üçün günahkaram..."- Paşinyandan şok açıqlama

13 Aprel 2022 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

“44 günlük müharibənin bu günə olan məlumata görə, qurbanlarının sayı 3825 nəfərdir. Onların cəsədlərinin çoxu 2021-ci ildə tapılıb və ya tanınıb və basdırılıb”.

Oxuməni.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Qəbiristanlıqlarda durmadan və əbədi dalğalanan dövlət bayrağmız 2021-ci ilin əsas simvolu və boğazımızda düyünlənən əsas sualdır: niyə belə oldu? Bu suala özüm cavab verəcəyəm. Artıq həm müharibəyə, həm də məğlubiyyətə görə günahımı və məsuliyyətimi etiraf etmişəm, amma 10 noyabr 2020-ci il tarixindən sonra müxalifətin mənə qarşı irəli sürdüyü torpaqları təhvil vermək və bununla da dövlətə xəyanətdə ittihamlarını qəbul etməmişəm və qəbul etmirəm”, - Paşinyan söyləyib.

Baş nazir beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək üçün Ermənistana təzyiq etdiyini iddia edib:

"“Dağlıq Qarabağ"la bağlı həqiqəti xalqıma demədiyim üçün günahkaram...Mənim günahımdır ki, 2018-2019-cu illərdə xalqımın qarşısına çıxaraq, bütün yaxın və uzaq dostlarımızın Qarabağın statusu ilə bağlı istəklərimizi aşağı salmağımızı və yeddi rayonu Azərbaycana təhvil verməyimizi istədiklərini dilə gətirməmişəm. O da mənim günahımdır ki, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıdığını, bizdən bunu gözlədiyini, Qarabağı tərk etmiş azərbaycanlıların Dağlıq Qarabağın gələcəyinin həllində və idarə olunmasında hərtərəfli iştirakını gözlədiyini də xalqıma deməmişəm.

Günah mənimdir ki, birmənalı şəkildə demədim ki, hətta bizim üçün qəbuledilməz olan ssenarilər də Azərbaycan üçün məqbul deyildi və beynəlxalq ictimaiyyətin nümayəndələri bəzən bizə aydın, bəzən də diplomatik yolla deyirdilər ki, bütün bunlar Ermənistan tərəfi tərəfindən qəbul edilərsə, Azərbaycanı hələ inandırmaq lazımdır, o da qəbul edəcək. Bütün bunları sonradan xalqımıza ətraflı şəkildə izah etməli oldum, bunu etməməyim mənim günahımdır”.