"Rusiyanın daha bir “Su-25” qırıcısı, 3 PUA-sı məhv edilib" - Ukrayna Baş Qərargahı
“Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov və Zaporojye vilayətlərində mülki infrastruktura raket zərbələri endirir”.
Oxuməni.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Məlumata görə, Rusiya aprelin 26-dək Ukrayna ilə ilhaq etdiyi Krım ərazisi arasındakı sərhəddə “terror təhlükəsi” rejimi tətbiq edib: “Bu tədbir daha çox Ukrayna ərazisində hərbi texnika, silah və şəxsi heyətin yerdəyişməsinin təşkil edilməsi üçün görülür”.
Bildirilib ki, Rusiyada könüllülərdən ibarət dəstələr yaradırlır: “Leninqrad vilayətində 400-ə yaxın könüllüdən ibarət tabor yaradıldığına dair məlumat əldə etmişik. Onlar istisnasız olaraq döyüş təcürübəsinə malikdirlər. Həmin könüllülər Ukraynada 58-ci ümumqoşun ordusunun 42-ci motoatıcı diviziyasının gücləndirilməsi üçün göndərilib”.
Məlumata əsasən, Rusiya qoşunları Donetsk və Tavriya istiqamətindən Mariupola aviasiya zərbələri endirir: “Yujnobuq istiqamətində düşmən müxtəlif yaşayış məntəqələrini ələ keçirməyə çalışsa da, buna nail ola bilməyib.
Ötən sutka ərzində Ukraynaın müdafiəçiləri Donetsk və Luqansk ərazisində Rusiyanın 6 hücumunu dəf edib, 2 avtomobilini və 3 artilleriya sistemini sıradan çıxarıb. Ötən gün Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri rəqibin “Su-25” qırıcısını vurub. Müharibə başlayandan Ukrayna artilleriyaçıları rəqibin 300-cü hava hədəfini məhv edib. Son sutkada Rusiya 11 hərbi texnika, o cümlədən 3 pilotsuz uçan aparat (PUA), 2 özüyeriyən artilleriya qurğusu, “Qrad” və başqa texnika itirib”.