Putinin keçmiş köməkçisi həbs edildi: O, oğruluqda və korrupsiyada günahlandırılır

Putinin keçmiş köməkçisi həbs edildi: O, oğruluqda və korrupsiyada günahlandırılır

12 Aprel 2022 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiyası Dövlət Dumasının keçmiş deputatı Vladislav Surkov Rusiyada həbs edilib.

Oxuməni.az xəbər verir ki, bu barədə Dövlət Dumasının sabiq deputatı İlya Ponomarev özünün "Facebook" səhifəsində yazıb.

Məlumat üçün qeyd edək ki, saxlanılan Vladislav Surkov sadəcə keçmiş deputat olmaqla yanaşı, həm də Rusiya prezidenti Vladimir Putinin köməkçisi olub.

“Güləcəksiniz, amma Vladislav Surkovun həbsi barədə bizə Rusiyanın "z-mənbələri" məlumat verdi. Vladislav Surkov ev dustaqlığındadır. 2014-cü ildən Donbasda baş verən oğurluqla bağlı araşdırmalar davam edir”, - İlya Ponomarev yazıb.

Onun sözlərinə görə, Surkov Donetski və Luqanksi “respublikalarında” real vəziyyəti hələ də bilir: “Orada geniş əlaqələri var, həmçinin rusiyalı Donbas veteranları ilə də yaxındır”.

“Surkov hər zaman Kadırova kifayət qədər yaxın olub və görünən odur ki, akademik çox şeyi özü icad etmir, Vladislav Yuriçin göstərişlərinə əməl edir. Biz Surkovun həbsi ilə bağlı məlumatın təsdiqini və ya təkzibini gözləyirik”, - Ponomarev bildirib.

Xatırladaq ki, Donbas döyüşçülərinin Kremldə koordinatoru hesab edilən Vladislav Surkov 2020-ci il fevralın 18-də tutduğu vəzifədən azad edilib