“Qarabağa gedən müxalifət nümayəndələri Ermənistanı təhlükə altında qoyurlar”

“Qarabağa gedən müxalifət nümayəndələri Ermənistanı təhlükə altında qoyurlar”

12 Aprel 2022 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

“Qarabağa gedən müxalifət nümayəndələri Ermənistanı təhlükə altında qoyurlar”.

Oxuməni.az xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Vaqarşak Akopyan deyib.

Akopyan keçmiş hakimiyyət və ya müxalifət nümayəndələrinin Qarabağdakı separatçıların qondarma bayrağının Ermənistan parlamentinin tribunasından asmalarına da etiraz edib.

Onun sözlərinə görə, bunu edənlər 20-30 il Ermənistan hakimiyyətində təmsil olunan, amma əvəzində ermənilər üçün heç bir iş görməyən, əksinə, öz mənfəətləri üçün çalışan insanlardır:

“Siz vəziyyəti o qədər yaxşı bilmirsiniz, mütləq reallıqla heç bir əlaqəniz yoxdur”.

Akopyan indi Qarabağa getməyin Ermənistana yaxşı heç nə vəd etmədiyini bildirib:

“Ora gedənlərin fikirləri budur ki, “biz “Artsax”a (Qarabağ – red.) ən mühüm gündəmi izləmək və “Artsax vətəndaşları”nı qorumaq üçün gedirik”.

Mən bunun əksini demək istəyirəm. Onlar indi ora getməklə, “Artsax” və Ermənistanı təhlükə altına atırlar. Bunu yadda saxlayın”.