Yaponiyadan Rusiyaya yeni sanksiyalar: Lavrovun həyat yoldaşı və qızının aktivləri donduruldu

Yaponiyadan Rusiyaya yeni sanksiyalar: Lavrovun həyat yoldaşı və qızının aktivləri donduruldu

12 Aprel 2022 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

Sanksiya siyahısına salınan və aktivləri dondurulan şəxslər arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı Mariya və qızı Yekaterina Vinokurova da var.

Yaponiya hökuməti Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiya Federasiyasından olan 398 nəfərə və 28 təşkilata qarşı əlavə sanksiyaların tətbiqini təsdiqləyib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda deyilir.

Xüsusilə, Dövlət Dumasının deputatları, Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı Nikolay Yevmenov, Quru Qoşunlarının Ali Baş Komandanı Oleq Salyukov, Hərbi Hava Qüvvələrinin komandanı Sergey Dronov, Aerokosmik Qüvvələrin Ali Baş Komandanı Sergey Surovikin sanksiyalara məruz qalıb.

Qeyd edək ki, sanksiya siyahısına salınan və aktivləri dondurulan şəxslər arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun həyat yoldaşı Mariya və qızı Yekaterina Vinokurova da var.

Bundan əlavə, Yaponiya hökuməti Rusiya Federasiyasında yeni investisiyaların qadağan edilməsini təsdiqləyib. Mayın 12-dən etibarən Yaponiyadan Rusiyaya yeni investisiyalar yalnız xüsusi icazələrlə həyata keçirilə bilər.

Həmçinin Nazirlər Kabinetinin qərarı ilə mayın 12-dən “Sberbank” və “Alfa-Bank”ın səhlməri dondurulacaq.

Bundan əlavə, Yaponiya hökuməti Rusiya Federasiyasında yeni investisiyaların qadağan edilməsini təsdiqləyib.