Putin qaniçən "Suriya cəlladı" general Dvornikovun əli ilə Ukrayanda kütləvi qırğınlar törətməyə, soyqırım həyata keçirməyə hazırlaşır

Putin qaniçən "Suriya cəlladı" general Dvornikovun əli ilə Ukrayanda kütləvi qırğınlar törətməyə, soyqırım həyata keçirməyə hazırlaşır

12 Aprel 2022 09:26
Bəyəndim (0) Bəyənmədim (0)

"Dvornikov sovet hərb doktrinasını yaxşı mənimsəyib və Ukraynada mükli əhaliyə divan tutması ilə yadda qalacaq"

Ukraynada Rusiya ordusunun yeni komandanı general Dvornikov kimdir?

Rusiya prezidenti Vladimir Putin tərəfindən Ukraynada "xüsusi əməliyyat"a rəhbərlik etməyə həvalə edilən general Suriyada vətəndaş müharibəsində Rusiya qoşunlarının komandanı olub. O, mülki əhaliyə qarşı komandanı olduğu qoşunların genişmiqyaslı sui- istifadələrinə cavabdeh olub və tez- tez insanlığa qarşı cinayətlər törədilməsində ittiham edilib.

60 yaşlı general Aleksandr Dvornikov köhnə məktəbin hərbçisi və əqidəli millətçi olaraq sovet hərbi doktrinası əsasında tərbiyə alıb, bu doktrina mülki obyektlərin məhv edilməsini məqsədlərə nail olmaq vasitəsi kimi baxmağı özündə ehtiva edir.

Rusiya Silahlı Qüvvələrini öyrənən Londonun Universitet kollecinin fəxri professoru Mark Qaleottinin sözlərinə görə, o, Rusiya SQ Baş qərargahının rəisi Valeri Gerasimovun yerinə iddialıdır. O, "öz nəslinin "ağırçəkililəri"ndən biri kimi tanınır.

Oxuməni.az xəbər verir ki, bunu Qaleotti "Washinqton Post" nəşrinə müsahibəsində deyib.

Peşəkar zabit olaraq, o, 1982- ci ildə tağım komandiri vəzifəsindən başlayaraq durmadan xidməti karyerasında irəlilələyib. O, Suriyada Rusiya qoşunlarının komandanı təyin edilməzdən öncə ikinci çeçen müharibəsində döyüşüb, bir neçə ali vəzifələr daşıyıb.

2015- ci ildə o,Tehran və Moskvanın fikrinə görə, müxalifət tərəfindən məhv edilmə ərəfəsində olan Suriya rejimi qüvvələrinin vəziyyətinin sabitləşdirilməsi üzrə təcili missiya ilə Suriyaya göndərilib. Orada Dvornikov tez bir zamanda şimal- qərb sahilində aviabaza yaradıb, oradan bombardmançı təyyarələr İdlib əyalətində şəhər və kəndləri məhv edib. Suriyanın ikinci şəhəri Alepponun süqutu xeyli dərəcədə Rusiyanın aviazərbələrinin sayəsində baş verib, nəticədə xəstəxanalara, məktəblərə, çörək üçün növbəyə dayananlara müntəzəm olaraq zərbələr endirilib. Onların yerləşdirdikləri zenit batareyaları Rusiya və Suriya təyyarələrinə İdlib üzərində üstünlüyü təmin edib, son beş ildə dağıdıcı bombardmanlar cəzasız qalıb.Suriya müharibəsində iştirak edən bir neçə qırıcı təyyarələr Ukraynada vurulub.

Suriya ordusundan qaçan polkovlik- leytenant Fares əl- Bəyuş Dvornikovun təyinatını şərh edərkən bəyan edib ki, Suriyada və Ukraynada hərbi kampaniyalar bir- birindən xeyli fərqlənsələr də, o, gözləyir ki, general analoji "yandırılmış torpaq" strategiyasını tətbiq edəcək, yəni hücumlar zamanı şəhərlər və qəsəbələr uzun müddət mühasirədə saxlanılaraq, intensiv bombardmanlara məruz qalacaq, nəticədə infrastruktura və yaşayış rayonlarına xeyli dağıntılar törədiləcək. "Onun bu sahədə çox gözəl təcrübəsi var", - əl- Bəyuş deyib.

"Bu komandir hərbi cinayətkardır", - bunu əl-Bəyuş "Assosiated Press" agentliyinə müsahibəsində deyib.

Putin Rusiyanın Suriya kampaniyasını uğurlu qiymətləndirərək, 2016- cı ildə Dvornikovu "Rusiya Federasiyasının Qəhrəmanı" Qızıl Ulduzu ilə təltif edib. Bu münaqişənin gedişində Rusiya çoxlu insanları və təyyarələrini itirib, havada üstünlüyünü qoruyub saxlamağı bacarıb.

Müharibənin öyrənilməsi İnstitutunun məlumatlarına görə, ümumi vahid komandanlığının olmaması səbəbindən Ukraynada "Rusiya qüvvələrinin koordonasiyasını aşkar çətinləşdirib". Dvornikov indiyədək Ukraynanın cənubunda və şərqində əməliyyatlara cavabdeh olub, orada, ehtimal ki, Moskva Kiyevi nəzarətə götürmək cəhdləri iflasa uğradıqdan sonra əsas səylərini cəmləşdirməyə qərar verib. Lakin, ekspertlərin fikrinə görə, yaxın bir neçə ay ərzində Donbasda döyüş əməliyyatları üçün iri və döyüşqabiliyyətli mexanikləşdirilmiş qüvvələrini toplamaq Rusiya hərbçilərinə çətin olacaq.

Rusiya, çox güman ki, hücum əməliyyatlarına güclü zədələnmiş və bərpa edilən hissələrini qismən cəlb edəcək və onlara böyük itkilər hesabına məhdud uğurlar gətirəcək".

2016- cı ildən Cənub hərbi dairənin komandanı vəzifəsini tutan Dvornikovun qarşısında Ukraynada tamam başqa vəzifələr dayanır, burada Rusiya HHQ səmaya nəzarət etmir, quru qoşunlarının isə suyiralılara əlçatmaz olan müasir silahların müntəzəm tədarükü azalıb.

NATO- nun Əfqanıstandakı qüvvələrinin sabiq komandanı, prezident Barak Obama dönəmində Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri olmuş general Devid Petreus hesab edir ki, komandanlığın daha nizama salınan strukturu Rusiyanın elə bir uğur qazanması istəyini əks etdirir ki, müasir Rusiya üşün əlamətdar ideoloji bayram sayılan 9 mayda qələbə kimi təqdim etmək mümkün olsun.

Petreus həmçinin deyib ki, çox güman ki, daha çox mülki şəxslər hücum obyektinə çevriləcək.

"Ruslar Suriyada onunla tanınıb ki, bütöv rayonları "depopulyasiya" edib. Aleppo şəhərində məhz belə olub. Başqa rayonlarda da belə davranıblar. Mən hesab edirəm ki, bunu gözləmək olar", - o, belə deyib.

Lakin amerikalı məmurlar hesab etmir ki, yeni komandanlığın təyinatı müharibənin gedişini əsaslı surətdə dəyişə bilər.

"Hər hansı generalın təyinatı Rusiyanın Ukraynada strateji iflasını gizlədə bilməz", - ABŞ- ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CNN- ə deyib. - Bu general, sadəcə, Ukraynanın mülki əhalisinə qarşı qəddar cinayətlərinin daha bir səhifəsi ilə yadda qalacaq. ABŞ ukraynalılara dəstək olmaq və generalın rəhbərlik etdiyi qüvvələrə müqavimət göstərilməsi üçün əlindən gələni edəcəkdir".Aleksandra Appelberq, "Detaly"