Rusiya hərbçilərinin hərbi cinayətlərini Peskovun gözünə soxdular...

Rusiya hərbçilərinin hərbi cinayətlərini Peskovun gözünə soxdular...

11 Aprel 2022 17:10
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya qoşunlarının Buça şəhərinin işğalının nəticələri və dinc sakinlərin şəhərin küçələrindəki cəsədləri Kremlin mətbuat katibi Dmitri Peskova göstərilib.

Oxuməni.az xəbər verir ki, bu, SkyNews telekanalının birbaşa efirində baş verib.

Peskov yenidən Rusiya ordusunun Kiyev ətrafında törədilmiş hərbi cinayətlərdə əli olmamasını iddia edib.

Müsahibə zamanı Buça şəhərində dəhşətli hərbi cinayətlərdən söhbət gedərkən Peskov iddia edib ki, Rusiya qoşunları dinc əhalini qətlə yetirməyib, dinc şəhərin küçələrində ukraynalıların cəsədləri isə rusiyalı hərbçilərin əlinin işi deyil.

Aparıcı cavabında ona Rusiya zirehli maşınının velosiped sürən qadını güllələməsini açıq- aydın əks etdirən video nümayiş etdirib. Jurnalist dəqiqləşdirib ki, qətlin dəqiq geolokasiyası və tarixi məlumdur.

Peskov cavabında bu tankın Rusiyaya məxsus olduğuna şübhə edib. O zaman teleaparıcı böyüdülmüş kadr göstərərək, orada zirehin üstündə Rusiya ordusunun rəmzi olan "V" hərfinin aydın göründüyünü qeyd edib.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenkonun sözlərinə görə, bunu hazırda "Peskovun karyerasında ən alçaldıcı məqam" adlandırırlar.

"Onu dəyərləndirməyə dəyər, o, belə müsahibəyə razı olub, hərçənd, bunun nə ilə nəticələnəcəyini bilməmiş deyildi", - Geraşşenko özünün "Telegram"- kanalında yazıb.

Xatırladaq ki, Rusiya hərbçilərinin Buçanı tərk etdikdən sonra şəhərin küçələrində və atəşə məruz qalan evlərdə dinc sakinlərin, o cümlədən əlləri bağlı vəziyyətdə olan cəsədləri aşkar edilib.

Sonradan mülki əhaliyə işgəncələr verilməsi və güllələnməsi faktları üzə çıxıb.

Rusiyalıların ukraynalılara qəddarcasına divan tutmasını əks etdirən videogörüntülərin olmasıma rəğmən, Kreml Rusiya hərşçilərinin dinc əhalinin işcəncə və qətllərində əli olmasını inkar edir. Rusiya bunu "Ukrayna tərəfindən təxribat" adlandırır.moderator.az