"Ya Putin "gestapo"ya arxalanıb generalları həbs edəcək, ya da generallar onun məsələsini həll edəcəklər"

"Ya Putin "gestapo"ya arxalanıb generalları həbs edəcək, ya da generallar onun məsələsini həll edəcəklər"

11 Aprel 2022 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident "bunker"ində münaqişə kəskinləşir

Putin üçün general Pavlov kim olacaq...

"Bunker"dəki vəziyyət SSRİ-nin 1941-ci ilin iyun ayında dəhşətli məğlubiyyətinə bənzəyir

Ukraynadakı vəziyyət özünün həlledici mərhələsinə yaxınlaşır. Moskvanın elan etdiyi "Donbas uğrunda döyüş" bütün kampaniyanın taleyini həll edəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona politoloq Andrey Piontkovski bəyan edib.

O, bir çox ekspertlər, o cümlədən NATO ekspertlərinin Ukraynada baş verənlərin uzunmüddətli "tükənənədək davam edən müharibə" xarakteri alması fikri ilə razılaşmadığını bildirib.
Belə bir şey olmayacaq, çünki Rusiyanın daxii siyasi vəziyyəti kəskin xarakter alıb, Piontkovski belə güman edib.

O, qeyd edib ki, bu gün Rusiyada kütləvi etirazları doğuracaq siyasi cəmiyyət mövcud deyil. Lakin, onun sözlərinə görə, Rusiyada "istənilən faşist dövlətində olduğu kimi bunker var". Və bütün siyasi tufanlar orada cərəyan edir", Piontkovski belə hesab edir. O, vəziyyəti faşist Almaniyası ilə müqayisə edərək deyib ki, orada siyasi mübarizənin tamamilə olmaması şəraitində generallarla fürer arasında daimi mübarizə gedib. Bu, sistem tərəfindən belə planlaşdırılıb.

Rusiya qoşunlarının Kiyevdən geri çəkilməsi Moskvanın məğlubiyyəti deməkdir və bundan sonra mübarizə xüsusi kəckin xarakter alır, politoloq buna əmindir.
Bu məğlubiyyətdən sonra Rusiya SQ Baş Qərargahı Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoyun mart ayının sonunda verdiyi bəyanatla üzləşdik. Bəyanatın mahiyyəti Putinin Ukraynadakı müharubəsinin məqsədləri ilə uzlaşmayıb. Çoxları bunu Moskvanın rəqibinin sayıqlığını zəiflətmək kimi dəyərləndirib.

"Yox, bu, uğursuzluğun etiraf edilməsi demək idi, - politoloq deyib. Əslində bu, Putinə meydan oxumaq demək idi, Piontkovski belə hesab edir. - "Siz qarşımıza icra edilə bilməyən vəzifələr qoymusunuz. Biz, axı, Sizi xəbərdar edirdik, Siz istefada olan general İvaşovun və polkovnik Xodarenkonun bəyanatlarını xatırlayırsınız. Onlar sərt və kəskin formada Ukrayna ərazisinə mümkün hərbi müdaxilənin ağır nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq edirdilər".

Piontkovski xüsusilə qeyd edib ki, gerçək vəzifə Ukraynanın fəth edilməsi deyil, DXR və LXR ərazilərinin Donetsk və Luqansk vilayətlərinin sərhədlərinədək genişlənməsidir.
Piontkovski qeyd edib ki, xam xəyallara qapılmaq təhlükəlidir: hərbi mühitdən Putinin tənqidçiləri Ukrayanın dostları deyil, onlar qatı rus imperialistləridir. Lakin Putindən fərqli olaraq hərb işinin peşəkarlarıdır. Və Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ağır nəticələrini yaxşı anlayırdılar.

Politoloq hesab edir ki, yalnız Xarkovun ələ keçirilməsi müharibədə qələbə haqqında bəyan etməyə əsas ola bilər. Məhz bu istiqamətdə yaxın iki həftədə bütün kampaniyanın taleyi həll ediləcək. Xarkovun ələ keçirilməsi qələbə üçün Donbasdakı uğurlardan daha mühüm olacaq, o, bəyan edib.

Politoloq hesab edir ki, bunun üçün Rusiyanın kifayət qədər ehtiyatları yoxdur.
Xarkovun ələ keçirilməsi üzrə vəzifənin icra edilməməsi "bunker" münaqişəsini kəskinləşdirəcək.

Kremldəki indiki vəziyyət 1941-ci ilin iyun ayında mövcud vəziyyətin az qala əksidir, Piontkovski buna əmindir.

O, xatırladıb ki, 1941- ci ilin yayında SSRİ üçün çox mühüm məsələ ortaya çıxıb: Almaniyanın Moskva istiqamətində qorxuc irəliləməsinin, cəhbədəki uğursuzluqların günahkarı kimdir? O zaman Stalin iyinun sonunda, Minskin ələ keçirilməsindən sonra, müharibənin 6-cı günü Qızıl ordunun Baş Qərargahını ziyarət edib. Stalin, Molotov və Beriya Baş Qərargah generalları ilə, o cümlədən Qərargah rəisi Jukovla qalmaqal yaradıb.

"Orada çox gərgin səhnə yaranıb və hər şey güllə atəşləri ilə bitə bilərdi", - həmsöhbət bəyan edib.

"Bu səhnə bitmədi, Stalini ölümünədək qorxu içində saxlayıb, ondan sonra o, öz bağ iqamətgahında uzun müddət qapalı həyat keçirməli olub", - Piontkovski deyib.

Onun sözlərinə görə, günahkar axtarışında Stalin qalib gəlib: uğursuzluğun əsas günahkarı general Pavlov hesab edilib.

Donbas uğrunda döyüş və Xarkovun ələ keçirilə bilməməsi martın 25- dən sonra Putinlə generallar arasında başlanan münaqişə "partlayacaq".

Ya Putin "gestapo"ya arxalanaraq, generalları həbs etdirəcək, ya da generallar onun məsələsini həll edəcək.