Rusiya kəşfiyyatının Ukrayna uğursuzluğu: 150 zabit işdən qovulub, general-polkovnik həbs edilib-Şok

Rusiya kəşfiyyatının Ukrayna uğursuzluğu: 150 zabit işdən qovulub, general-polkovnik həbs edilib-Şok

11 Aprel 2022 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) 5-ci idarəsinin keçmiş rəisi, general-polkovnik Sergey Besedanın həbsi təsdiqlənir. İddia olunur ki, Rusiyanın Ukraynada “Xüsusi əməliyyat" ərəfəsində məhz bu bölmə Putinə Ukraynadakı siyasi vəziyyətlə bağlı məlumat verib.

Oxuməni.az xəbər verir ki, bunu məşhur jurnalist Xristo Qrozer “Popular Politics” Youtube kanalına müsahibəsində deyib.

O əlavə edib ki, “Ukrayna xətti”ndə iştirak edən 150-dən çox FSB zabiti təmizlənib.

Jurnalist general-polkovnik Sergey Besedanın həbsini təsdiqləyib və iddia edib ki, məhz FSB-nin 5-ci bölməsi Putinə Ukraynadakı siyasi vəziyyətlə bağlı məlumat verib: “Deyə bilərəm ki, onların əhəmiyyətli bir hissəsi həbs olunmasa da, artıq FSB-də işləmir. Beləliklə, təmizlənmə mütləq keçirilib. Ümid edirəm ki, həbs edilən bu şəxslərin taleyi ilə bağlı yaxın günlərdə nəsə deyə biləcəyik”.

Daha əvvəl bildirilib ki, Ukraynada iki həftə davam edən müharibədən sonra FSB-nin 5-ci xidmətinin rəhbərli general Beseda və onun müavini ev dustaqlığına göndərilib. Səbəblər arasında əməliyyatlar üçün ayrılan vəsaitlərin sui-istifadəsi, eləcə də zəif kəşfiyyat məlumatları göstərilib.