Putinin ətrafındakı casuslar Rusiya ordusunu məhv edirlər

Putinin ətrafındakı casuslar Rusiya ordusunu məhv edirlər

11 Aprel 2022 12:54
Bəyəndim (0) Bəyənmədim (0)

"Putinin ətrafındakı casuslar Rusiya ordusunu məhv edirlər"

"Rusiyalılar danışıqlara dişlərində şirin "İzyum" sözünü və ya acı "Mariupol" sözünü gətirmək istəyir..."

"Qarşıda bizi Rusiya ilə yeni savaş və hərbi toqquşmalar gözləyir..."

"Ukraynanın təhlükəsizlik sistemi tamamilə dəyişməli və təkmilləşdirilməlidir"

Müharibədən sonra Rusiya ilə Ukrayna arasında münasibətlər necə olacaq...

Hərbi icmalçı, Ukrayna prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç güman edir ki, Putinin fevralın 24- də törətdiyi müharibə sonuncu olmayacaq. Ukraynanı gələcəkdə hər beş ildən bir toqquşmalar gözləyə bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə o, rusiyalı hüquq müdafiəçisi Mark Feyqinə müsahibəsində deyib.

Arestoviç əmindir ki, Ukrayna İsrailin yolunu gedəcək.

"Bu müharibə Rusiya Federasiyası ilə sonuncu müharibə deyil. İsrail ilə ərəblər öz aralarında beş iri müharibədən keçdilər və anladılar ki, bu metodlar keçərli deyil və yenilərinə keçmək lazımdır. Bizdə də belə olacaq. Bilmirəm, bizə də 5 il lazım olacaq, ya yox, amma 2035- ci ilədək bir neçə hərbi toqquşma təmin olunub. Bu o deməkdir ki, hər iki və ya beş ilə bir toqqma baş verəcək. Və hər yeddi- səkkiz ilə daha iri toqquşmalar baş verə bilər", - hərbi ekspert belə deyib.

Arestoviç qeyd edib ki, buna hazır olmayan ukraynalılar yaxşı olardı ki, ölkəni tərk etsin. Bu zaman o, əlavə edib ki, Ukraynada təhlükəsizlik sistemi tamamilə dəyişməli və təkmilləşdirilməlidir.

"Yalnız ən dəyanətli adamlar sağ qalacaq. Kim buna hazır deyilsə, kim hazırda necə yaşayacağı və övladlarını necə böyüdəcəyi barədə hay- küy salırsa, ona başqa ölkə lazımdır. Bura yeni İsraildir. Sadəcə, miqyası böyükdür və daha dəhşətlidir. Mən öz ailəmi ölkədən çıxarmaq fikrində deyiləm. Mənim ailəm, yaxınlarımın hamısı buradadır, kim buna hazır deyilsə, isti İspaniya var, bir çox başqa ölkələr var. Əgər hazır deyilsinizsə, həmin ölkələrə çıxın gedin", - müşavir vurğulayıb.

Feyqin Rusiya ilə Ukrayna arasında aparılan danışıqlar mövzusuna toxunaraq qeyd edib ki, hazırda nə danışıqlarda iştirak edənlərdən, nə də yüksək səviyyədə görüşdən xəbər var.

Arestoviç cavabında deyib ki, Ukrayna danışıqlarda maraqlıdır, amma Rusiya daha çox maraqlıdır.

"Heç nə dəyişmir. Rusiya tərəfi bizdən də çox danşıqların olmasını istəyir. Elə hey deyir: "Uşaqlar, gəlin bunu tezləşdirək", - və bu zaman sol əlilə danışıqlar istəyir, sağ əlilə daha nəyisə mühasirəyə alıb zəbt etmək istəyir. Bu ilğım çəkiləndə, danışıqlar bərpa ediləcək", - hərbi icmalçı belə deyib və əlavə edib ki, Rusiya əvvəlcə İzyum və Mariupol şəhərlərini (Xarkov vilayəti) zəbt edib, sonra danışıqlara gəlmək istəyir.

"Siz danışıqlara dişlərinizdə şirin "İzyum" sözünü və ya acı "Mariupol" sözünü gətirmək istəyirsiniz? Yoxsa nəyisə orada yarımmühasirəyə almaq istəyirsiniz? O zaman bəlkə cənubdan keçməyə cəhd edəsiniz, - Arestoviç rusiyalı tərəfə müraciətlə deyib. - Bu, ağılsızlıqdır. Şərqdəki bu kampaniya əlavə "nişanlanan" yükdən - öldürülən daha beş min, on min rusiyalı hərbçilərdən savayı sizə heç nə verməyəcək".

Bundan əvvəl Arestoviç Ukrayna ilə müharibədə Rusiya ordusunun xeyli itkilərinə qiymət verərək, güman edib ki, Rusiyanın hərbi və ya siyasi rəhbərliyində "ən azı beş casus var".

"Putinin ətrafındakı casuslar Rusiya ordusunu məhv edirlər. Ona görə ki, öz silahlı qüvvələrinin əsas zərbə qüvvələrini yalnız casuslar məhv edə bilər. Məsələn, rusiyalılar döyüş meydanında əsas amillərdən olan aviasiyada sürətlə itki verib və verməkdə davam edir. Onlara eşq olsun. Bu kampaniyanın nəticələrinə görə onlar Ukrayna Silahlı Qüvvələrinin yüksək mükafatlarına layiq görüləcək", - müşavir belə deyib.