Kremlin ideoloqundan şok iddia - “Əsgərlərimiz o vaxt evə qayıdacaq ki...”

Kremlin ideoloqundan şok iddia - “Əsgərlərimiz o vaxt evə qayıdacaq ki...”

11 Aprel 2022 11:58
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya lideri Vladimir Putinin xarici siyasət ideoloqlarından biri, politoloq Aleksandr Duqin Ukrayna müharibəsinin nəticələri ilə yeni dünya nizamının qurulacağını iddia edib.

Oxuməni.az xəbər verir ki, Duqin “Türkiyə” qəzetinə müsahibəsində Rusiyanın hədəfində təkcə Ukraynanın olmadığını bildirib.

“Rusiyanın məqsədi təkcə Ukrayna deyil. Ukrayna həmləmiz SSRİ-nin dağılmasından sonra yaranmış ABŞ-NATO mərkəzli birqütblü dünya nizamına qarşı meydan oxumadır. SSRİ-dən sonra bir çox dövlətlər quruldu. Amma onların arasında Ukraynanın çox xüsusi yeri var. Qərb Ukraynanı bizə qarşı qoç seçib”, - ekspert qeyd edib.

Duqinin sözlərinə görə, NATO ölkələri özlərinə hücum bazası kimi Ukraynanı seçiblər və əgər fevralın 24-də Rusiyanın hərbi müdaxiləsi olmasaydı, Rusiyaya qarşı hücumlar Ukrayna ərazisindən başlayacaqdı:

Müharibənin başlanğıcından bəri verdikləri itkilərlə bağlı Duqin bunları deyib:

“Bu, normaldır. Əgər gözləsəydik, bərpası mümkün olmayan böyük itkilər verər və bundan qat-qat yüksək bədəl ödəyərdik”.

Duqin meydandakı qismən durğunluğu və rus hərbi qüvvələrinin Kiyev və ətraf ərazilərdən çıxarılmasını bu sözlərlə izah edib:

“İndi baş verənlər müvəqqəti xarakter daşıyır. Bir çox nöqtələrdə müşahidə edilən geri çəkilmə sırf taktiki gedişdir. Hazırda komandanlıq səviyyəsində orduda genişmiqyaslı araşdırma gedir. Ordu hazırlıqlarını tamamladıqdan sonra ilk olaraq Donbas tamamilə ələ keçirəcək. Sonra Kiyev də daxil olmaqla Ukraynanın bütün şəhərlərinə hücumlar başlayacaq. Donbasa və ya Ukraynanın müəyyən hissəsinə nəzarət Rusiya üçün qələbə deyil, bütün ölkədə qarşıya qoyulan hədəflər məhv edilib təhlükəsizlik bərpa olunmayana və ya Zelenski təslim olana qədər əsgərlərimiz evlərinə qayıtmayacaq”.