Moskvada dəhşətli PARTLAYIŞ: Ölən və yaralananlar var

Moskvada dəhşətli PARTLAYIŞ: Ölən və yaralananlar var

11 Aprel 2022 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva yaxınlığında yerləşən Stupinoda yaşayış binasında partlayış baş verib.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Son məlumatlara görə, 10 nəfər xəsarət alıb, iki nəfərin öldüyü barədə məlumat var. Konstruksiyaların sökülməsi və nəticələrinin aradan qaldırılması üçün hadisə yerinə "Centrospas" və "Lider" dəstələrinin mütəxəssisləri göndərilib", - nazirlikdən bildirilib.

Yanğın zamanı evdən 10-u uşaq olmaqla 60 nəfər təxliyə edilib, dağıntılar altında adam yoxdur. 4-cü və 5-ci mərtəbələrdə bayır panellər dağılıb, 4-cü mərtəbədə iki mənzilin daxili arakəsmələri, 3-cü mərtəbədə pəncərə şüşələri sınıb.

İlkin səbəb kimi partlayışın qaz sızmasından baş verdiyi bildirilir.