Ukraynalıları öldürməyə gəldi - arvadı başqa kişi ilə yaşamağa başladı...-VİDEO

Ukraynalıları öldürməyə gəldi - arvadı başqa kişi ilə yaşamağa başladı...-VİDEO

11 Aprel 2022 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Telefonda arvadının yanındakı yad kişi danışır və müsəlmanca salamlaşır: "Salam, "brat", necəsən?.."

Ukraynada əsir götürülmüş işğalçı Rusiya hərbçisinin dindirilməsi zamanı o, arvadına zəng edəndə onun üçün "kiçik bir pərtlik" yaşanıb.

Oxuməni.az xəbər verir ki, bunu Ukrayna Daxili İşlər nazirinin müşaviri Anton Geraşenkonun teleqram-kanalında təqdim etdiyi növbəti işğalçının dindirilməsini əks etdirən yeni videosu sübut edir.

Rusiya hərbçisinin arvadı ilə telefon danışığının tərcüməsi:

"- Mən də burda... bilirsən, kiminləyəm?

- Kiminlə?

-S T... (ad yaxşı eşidilmir).

- Bəs o hardadır?

- (telefonda arvadının yanındakı yad kişi danışır və müsəlmanca salamlaşır - Red.) Salam, "brat", necəsən?

"Söndürmək olarmı?" - deyə şoka düşən hərbçi soruşur."

"Həyat yoldaşı ilə telefon danışığı zamanı rus əsirlə bağlı "kiçik pərtlik" yaşanıb. O, Ukraynaya öldürmək üçün gəldiyi zaman arvadı başqaları ilə yaşayır", - videonun şərhində belə deyilir.

Qeyd edək ki, Rusiya hərbçilərinin arvadları kişilərinin ölüm təhlükəsi ilə üzləşdiyi müharibəyə getməklərinə görə çox da əziyyət çəkmirlər. Onlardan biri, məsələn, telefon danışığında ərinə etiraf edib ki, o, onun yaralanmasına və ya ölümünə görə nə qədər pul alacağını artıq bilir...

Moderator.az