Bölgədə şok gəlişmə - ABŞ-ın dəstəklədiyi prosesdə Azərbaycan detalı

Bölgədə şok gəlişmə - ABŞ-ın dəstəklədiyi prosesdə Azərbaycan detalı

11 Aprel 2022 10:15
Bəyəndim (0) Bəyənmədim (0)

İsrail-Türkiyə əlaqələrinin normallaşması, Şərqi Aralıq dənizi qazı ilə bağlı gəlişmələr Ankara-Vaşinqton yaxınlaşmasını gücləndirir.

Oxuməni.az xəbər verir ki, Türkiyə parlamentinin komitə sədri Ziya Altunyaldız ABŞ-ın Şərqi Aralıq dənizi qazının Türkiyə üzərindən Avropaya nəqlini dəstəklədiyini bildirib.

“Türkiyənin TAP və TANAP-da etdiyi kimi, yəni Azərbaycanın təbii qazının Avropaya tranziti modelini Şərqi Aralıq dənizində tətbiq etməklə, bölgədən çıxarılan qaz və nefti Avropaya ötürəcək layihəni ABŞ-ın dəstəklədiyi struktura çevirə bilərik”, - Altunyıldız bildirib.

O, bu məqsədlə ABŞ-a getdiklərini də deyib:

“Keçən ay ABŞ-a beş günlük səfər etdik. Hazırkı ticarət həcmini 28 milyard dollardan 100 milyarda çatdırmaq üçün mühüm məsələləri müzakirə etdik. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda dünyanın enerji asılılığının ortaya çıxardığı problemlər var. ABŞ, Türkiyə və Avropanın layihələrdə birlikdə çalışaraq enerji mənbələrinin və ölkələrin müxtəlifliyinin təmin edilməsi kimi çox aydın gəlişmələr var. ABŞ-ın buna dəstək verməyə hazır olduğunu gördük”.